Bazar ertəsi , 18 Noyabr 2024

Manşet

Prezident üç nəfərə ali xüsusi rütbələr verib – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib: – Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası …

Read More »

Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib …

Read More »

Prezident və birinci xanımın Şuşadan fotoları

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Boyukmillet.com səfərdən fotoları təqdim edir. Qeyd edək ki, səfərdən geniş reportaj bu gün təqdim ediləcək.

Read More »

Polad Bülbüloğlu: “Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir”

“İlk növbədə mülki şəxslərin bu günə qədər davam edən mənasız ölümlərini dayandırmaq lazımdır. Yəqin ki, İkinci Qarabağ müharibəsində bombalanma zamanı 100-dən çox mülki vətəndaşın öldüyünü, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərdəki yaşayış binalarının dağıdıldığını bilirsiniz. Ancaq ən dəhşətlisi budur ki, müharibə bitdikdən sonra da insanlar, torpaqlarımıza sözün əsl mənasında səpilən minaların partlaması nəticəsində ölməyə davam edirlər”. Boyukmillet.com  xəbər verir …

Read More »

Moskva müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına və muxtariyyət əldə etməsinə yol açıb

Bu gün müqavilənin 100 illiyi tamam olur Martın 16-da Moskva müqaviləsinin imzalanmasının 100-cü ili tamam olur. Bu müqavilə Naxçıvan diyarının Azərbaycanın tərkibində qalmasında və ona muxtariyyət verilməsində xüsusi rol oynayan çox mühüm bir tarixi sənəddir. AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov bildirib ki, ötən əsrin 20-ci illərində Rusiyada siyasi …

Read More »

Deputatdan Mərkəzin Bankın sədrinə sərt ittihamlar: “Vətəndaşı zəlil günə qoyub”

“İllərdir 10 minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir. 100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini …

Read More »

Nazir postmüharibə dövründə göstərilən sosial dəstəkdən DANIŞDI

“Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı geniş sosial dəstək tədbirləri həyata keçirilir. Bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib”.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Tarixi Qələbə ilə başa vurduğumuz 44 günlük …

Read More »

Əli Əsədov: Azərbaycanı Naxçıvanla birləşdirəcək yol ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayacaq

Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ torpağı artıq işğaldan azad edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən torpaqlarda infrastrukturun qurulması, bərpa-quruculuq işlərinin aparılması istiqamətində prosesə artıq start verilib. Bu işlərin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 16-da keçirilən plenar iclasında deyib. Baş nazir …

Read More »