“İrana qarşı birtərəfli sanksiyalar dayandırılsa, o, iqtisadi cəhətdən çiçəklənər və bölgədə sabitliyin bərqərar olmasına kömək edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videoformatda keçirilən konfransında bildirib. Türkiyə dövlətinin başçısı İrana qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb.
Read More »BBC 27 ildən sonra Ağdama qayıdan azərbaycanlı haqqında reportaj hazırlayıb
BBC uzun müddətdən sonra doğma yurduna qayıdan azərbaycanlı Natiq Allahyarov haqqında reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, reportajda birinci Qarabağ müharibəsi zamanı ayağından yaralanmış N.Allahyarovun məcburi köçkünlər üçün yataqxanada yaşamasından, bir gün evinə dönməyi xəyal etməsindən və xəyallarının gerçəkliyə çevrilməsindən bəhs edilir.
Read More »Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirəcək
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlimlər keçirəcək Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Can Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. 6 həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq”, – nazirlikdən bildirilib.
Read More »Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95 %-nə mənfi cavab verib
2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb. Yəni, müraciət edən 1 301 nəfərdən cəmi 5,2 …
Read More »Azərbaycan Prezidenti: “Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir”
Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir. Baki-xeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan …
Read More »Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi – FOTO
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 881 hərbi qulluqçusu həlak olub. Onlardan biri də Mikayılov Rahim Qalib oğludur. O, 1990-cı il sentyabrın 3-də Quba rayonunun ikinci Nügədi kəndindən anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Texnologiya Universitetində Dövlət və Bələdiyyə …
Read More »Zəngilanın Beşdəli kəndindən görüntülər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »Tarix İnstitutunun yeni rəhbərliyi İqrar Əliyevdən və Yaqub Mahmudovdan qalma “şikəst Azərbaycan tarixi”ndən qurtuluşa çarə axtarır…
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda direktor dəyikliyi baş verdikdən, akademik Yaqub Mahmudov professor Kərim Şükürovla əvəzləndikdən sonra bu elmi–tədqiqat institutunda xeyli müsbət meyl, yenilik özünü göstərməyə başlayıb. Ən müsbət cəhətlərdən biri odur ki, Tarix İnstitutu tərəfindən bircildlik və çoxcildlik Azərbaycan tarixinin hazırlanması planlaşdırılır. Bu barədə AMEA Tarix İnstitutunun Elmi Şurasının 2021-ci il 1 mart tarixində keçirilən iclasında …
Read More »Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı
Ersin Tatarın Avropa Birliyi təmsilçisi ilə görüşünün vaxtı açıqlandı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avropa Birliyi Xarici əlaqələr və təhlükəsizlik siyasəti yüksək təmsilçisi Josep Borrell Fontellesi qəbul edəcək. Avropa.info xəbər verir ki, görüş bu həftənin cümə günü yerli vaxtla saat 14.30-da baş tutacaq. Prezident sözçüsü Dr. Berna Çelik Doğruyolun açıqlamasına görə, nəzərdə tutulan görüşdə Avropa Birliyi ilə …
Read More »