1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin …
Read More »20 Yanvar hadisələrindən 31 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl …
Read More »Prezident feysbukda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezident İlham Əliyev feysbukdakı səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Milli iradəmizin zəfər çaldığı gün – 20 Yanvar” sözləri qeyd olunub. Qeyd edək ki, sabah tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. 20 Yanvar hadisələrindən 31 il ötür.
Read More »Prezident: “Hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür”
“Sizi Azərbaycanda salamlayıram, gəlişinizə şadam. Mən bilirəm ki, siz Ağdamda və Füzulidə olmusunuz, işğalçı qüvvələrin bizim şəhərləri viran qoyduğunu özünüz görmüsünüz. Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Ağdamda da bütün binalar sökülüb, yalnız qismən dağıdılmış məscid qalıb. O da, mənim dediyim kimi, sonradan məlum olub ki, yalnız Azərbaycan …
Read More »Heydər Əliyev Sarayı 20 Yanvar faciəsi ilə bağlı sosial layihə hazırlayıb
Dövlətimiz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Heydər Əliyev Sarayıda 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş “150 – YÜZ ƏLLİ” adlı layihəni təqdim edib. Bu barədə Heydər Əliyev Sarayından məlumat verilib. Bildirilib ki, ilk dəfə sərgilənən 4D formatda toxuculuq işinin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakultəsinin …
Read More »Məzahir Əfəndiyev şəhid ailələrini ziyarət edib – FOTO
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay və Ağdaş rayonları ərazilərində İkinci Qarabağ müharibəsində şəhid olan övladlarımızın ailələrini ziyarət edib. Deputat ilk öncə Göyçay şəhər Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin məzarlarına gül dəstələri qoyaraq ruhlarını dərin ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyib. M.Əfəndiyev 20-yə yaxın şəhid ailəsi ilə görüşüb, onlara başsağlığı verib, cənab Prezident İlham Əliyevin …
Read More »İSBAM Türkiyəli jurnalisti mükafatlandırıb
Mərkəzi Azərbaycanın Bakı şəhərində yerləşən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (ISBAM) jurnalist, “Yeni Akit” qəzeti Ankara Xəbər Direktoru Muhammet Kutluya qırx dörd günlük Vətən Müharibəsi zamanı Azərbaycana verdiyi media dəstəyinə görə mükafat verib. Ankarabaku.com saytının verdiyi məlumata görə, Bakıdan yola salınan mükafat bu səhər Ankarabaku.com saytının baş redaktoru, yazıcı – jurnalist Oktay Hacımusalı tərəfindən Muhammet Kutluya təqdim olunub. Ankarabaku.com …
Read More »Şəhidlərin yeni siyahısı açıqlanıb: 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2 855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! …
Read More »Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri …
Read More »Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
Hərbi əməliyyatlar zamanı xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük …
Read More »