Çərşənbə , 15 May 2024

Manşet

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edib

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişiklik edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla həmçinin “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq …

Read More »

Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub (FOTO)

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açılış mərasimində iştirak edən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib. O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub “Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə …

Read More »

Sabah Azadlıq meydanında Qələbə paradı keçiriləcək

Sabah – dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyət parada hazırlıqlarını başa çatdırıb. Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. …

Read More »

Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçiriblər

Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir. Boyukmillet.com xəbər verir ki, dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilib. Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir. Qeyd edək ki, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr …

Read More »

Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondu yaradıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, fərmanda deyilir: Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid …

Read More »

Kərbəlayi İsmayıl Çimənin məzarına Qarabağdan aparılan torpaq tökülüb.

Erməni təcavüzünə qarşı böyük mücadilə vermiş Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Kərbəlayi İsmayıl Çimənin məzarına Qarabağdan aparılan torpaq tökülüb. Qeyd edək ki, Türkiyənin Iğdır şəhərinin Daşburun qəsəbəsində Kərbəlayi İsmayıl Çimənin məzarını Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev , İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli və ASİMDƏR başqanı Göksəl Gülbəy ziyarət ediblər. Onlar İsmayıl Çimənin məzarına azad …

Read More »

Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin …

Read More »

Müdafiə Nazirliyi Şəhidlərimizin sayını açıqladı – RƏQƏM

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Bu barədə  Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı …

Read More »

Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb Boyukmillet.com  xəbər verir ki, sərəncamda deyilir:“XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti …

Read More »