Bazar ertəsi , 18 Noyabr 2024

Manşet

Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqladı

“Yeni yaşayaş məntəqələri işğaldan azad olunub”. Boyukmillet.com-un xəbərinə görə. bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb. Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Read More »

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

Read More »

Zəngilana Azərbaycan bayrağı sancıldı

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər. Boyukmillet.com xəbər verir ki,məruzədə deyilib: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Read More »

Prezident: “Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib”

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Zəngilan rayonu üzrə işğaldan azad edilən ərazilər bunlardır: “Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Read More »

Prezidentin uzaqgörən siyasəti – “Xudafərin” və “Qız Qalası” su bəndi

Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizliyini təhdid ediblər. Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişin təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənistan tərəfindən vurulmuşdu. Onda İranın Moskvadakı …

Read More »

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması sərhədçilərimiz tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində bu gün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağımız ucaldılıb və bu sərhəd …

Read More »

Azərbaycan Prezidenti: “Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir”

“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. …

Read More »

Diaspor Mərkəzi Əsgərlərimiz üçün qurban kəsib

Beynəlxalq Diasporun təşkilatçılığı ilə bir qrup Diaspor,ictimaiyyət nümayəndələri ön cəbhədə əsgərlərlə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, mərkəzin Qarabağ departamentinin rəhbəri Laçın Qazaxov şəxsi təsərüfatından 25 ədəd qurbanlıq heyvan əsgərlərimizin ayağı altında  kəsilmişdir. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Boyukmillet.com-a açıqlamasında bildirib ki,”əsgərlərimizdə döyüş ruhu qələbəyə inamı çox yüksək səviyyədə gördük. Bizlərin bütövlükdə xalqımızın daim ordumuzla yaxından maraqlanması əsgərlərimizdə böyük sevinc …

Read More »