Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edib

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişiklik edilib.

Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla həmçinin “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …