Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, Zemfira Səfərovanın sabah 85 yaşı tamam olur.
Read More »Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib
Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR” markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib. Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub …
Read More »Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib, tanınmış gürcü xadimlər təltif edilib
Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib. Akademiyanın rektoru Giorgi Ququşvili çıxışında deyib …
Read More »Vitse-prezident: “TEKNOFEST Azərbaycan” festivalı bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi”
“TEKNOFEST Azərbaycan” festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim …
Read More »Azərbaycan mədəniyyət nazirinin müavini Gürcüstana gedib
Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nazir müavini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ilə birgə Tbilisidə Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək xatirəsini ehtiramla anıb. S.Məmmədəliyeva bu gün Tbilisi Dövlət İncəsənət Akademiyasında Azərbaycan səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti …
Read More »Bakıda Pakistan filminin premyerası keçirilib
Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda “Dum Mastam” (“Sevgiylə məst olmuş”) filminin premyerası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva iştirak ediblər. Bilal Haye Pakistan filminin qardaş Azərbaycanda nümayiş olunmasından məmnun olduğunu bildirib. “Filmdə insani dəyərlər və sosial problemlərə toxunulur. Bakıda daha çox Pakistan filmlərinin nümayiş olunmasını …
Read More »Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Boyukmillet.com xəbər verir ki, toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb. O deyib ki, yığıncaqda AKİ-in yeni sədri seçilməlidir. A.Rzayev ittifaqın sədrliyinə Xalq artisti Rasim Balayev namizədliyinin irəli sürüldüyünü söyləyib. Xalq yazıçısı seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib. Onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Xalq artisti …
Read More »Norveçdə “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək
Mayın 29-da Norveçin paytaxtı Osloda Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbir Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə paytaxt şəhərin məşhur “Cosmopolite” səhnəsində nümayış olunacaq. G.Xəlilova bildirib ki, kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və “Şuşa ili”nə həsr …
Read More »Şuşa teatrına həsr olunmuş “Ən uzun qastrol” filmi hazırlanıb
“Azəri Yurdu” Gənclər İctimai Birliyi Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film hazırlayıb. Boyukmillet.com-un xəbərinə görə, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur …
Read More »Şarl de Qolun qardaşı nəvəsi Parisdə Azərbaycan stendini ziyarət edib
Azərbaycan Parisdə, UNESCO-nun igamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub. Boyukmillet.com xəbər verir ki, ilk dəfə baş tutan tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib. Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub, iştirakçılar armudu stəkanda çaya qonaq olublar, onlara Azərbaycan, adət-ənənələr haqqında məlumat verilib. Eyni zamanda Azərbaycan stendini müxtəlif ölkələrin səfirləri, diplomatlar, …
Read More »