Cümə axşamı , 21 Noyabr 2024

Mədəniyyət

Azərbaycandan çıxarılan qədim milli xalçalar Ukraynada tapılıb

Azərbaycanın Quba, Şirvan, Qarabağ və Dərbənd bölgələrinə məxsus toxnma tarixinə görə 100-150 il əvvələ aid milli xalçalar Ukraynanın Vinnitsa şəhərində tapılıb. Boyukmillet.com xəbər verir ki. “Baku TV-nin Şərqi Avropa bürosu Vinnitsada bununla bağlı kolleksiya aşkar edərək reportaj hazırlayıb. Belə ki, əslən azərbaycanlı Seymur Abuşov bu şəhərdə bir neçə ildir ki, əsasən qədim Azərbaycan xalçaları olmaqla türkdilli ölkələrə məxsus tarixi xalçaları toplayaraq …

Read More »

Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb

Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olunub. Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub. Festivalın final mərhələsinə Azərbaycandan 2 film, Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri keçib. ”Titrəmə” filmi festvalın beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına, …

Read More »

UNESCO: “Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndərəcəyimizə ümid edirik”

UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, u barədə “Report”un sorğusuna cavab olaraq təşkilatın Mətbuat Xidmətindən bildirilib. “Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq”, – UNESCO-dan məlumat verilib. Xatırladaq ki, mədəniyyət …

Read More »

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı Fransanın paytaxtı Parisdə “Dünyanın ən yaxşı nəşri” seçilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin “İrəvan Xanlığının Regional Mətbəxi” adlı kitabı Parisdə keçirilən Beynəlxalq “Gourmand World Cookbook Awards” mərasimində “Regional mətbəx” nominasiyası üzrə “Dünyanın ən yaxşı nəşri” seçilib. Qeyd edək ki, 1995-ci ildə Edouard Cointreau tərəfindən təsis edilən “Gourmand World Cookbook Awards” hər …

Read More »

Hikmət Hacıyev: “Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik”

“Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: “Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi”. H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: “Biz orada Azərbaycan mədəni …

Read More »

Fransada erməni vandalizmini əks etdirən “Qara bağ” adlı fotosərgi açılıb

Fransanın paytaxtı Parisdə Qarabağa həsr edilmiş foto sərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki, “Qara bağ” adlanan sərgi Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Diaspor ilə İş Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində baş tutub. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına həsr edilmiş sərgidə nümayiş olunan fotoların müəllifi azərbaycanlı fotoqraf Maya Bağırovadır. Sərginin açılışında xeyli fransalı foto …

Read More »

Mehmet Nuri Ərsoy: “Azad edilən torpaqlarda mədəni abidələr dağıdılıb”

“İşğaldan azad edilən torpaqlarda mədəni abidələr dağıdılıb, mədəniyyətdən intiqam alınıb, mədəni irs silinməyə çalışılıb. Lakin tarixi abidələrə ziyan vurmaqla tarix dəyişdirilməz. Bu elə də asan deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. O bildirib ki, Qarabağda dağıdılan abidələri yenidən bərpa etməliyik: “Türk mədəniyyətində başqa …

Read More »

Anar Kərimov: “Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək”

“Biz Qarabağa yenidən yaratmaq, dirçəltmək, çiçəklənməni təmin etmək üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: “Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa …

Read More »

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq

2023-cü ildə Şuşa türk dünyasının paytaxtı elan olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. “Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək”- nazir qeyd edib.

Read More »