Bazar ertəsi , 14 Sentyabr 2026

Mədəniyyət

Fransada erməni vandalizmini əks etdirən “Qara bağ” adlı fotosərgi açılıb

Fransanın paytaxtı Parisdə Qarabağa həsr edilmiş foto sərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki, “Qara bağ” adlanan sərgi Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Diaspor ilə İş Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində baş tutub. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına həsr edilmiş sərgidə nümayiş olunan fotoların müəllifi azərbaycanlı fotoqraf Maya Bağırovadır. Sərginin açılışında xeyli fransalı foto …

Read More »

Mehmet Nuri Ərsoy: “Azad edilən torpaqlarda mədəni abidələr dağıdılıb”

“İşğaldan azad edilən torpaqlarda mədəni abidələr dağıdılıb, mədəniyyətdən intiqam alınıb, mədəni irs silinməyə çalışılıb. Lakin tarixi abidələrə ziyan vurmaqla tarix dəyişdirilməz. Bu elə də asan deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. O bildirib ki, Qarabağda dağıdılan abidələri yenidən bərpa etməliyik: “Türk mədəniyyətində başqa …

Read More »

Anar Kərimov: “Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək”

“Biz Qarabağa yenidən yaratmaq, dirçəltmək, çiçəklənməni təmin etmək üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: “Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa …

Read More »

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq

2023-cü ildə Şuşa türk dünyasının paytaxtı elan olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. “Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək”- nazir qeyd edib.

Read More »

Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa dair müzakirə aparılıb

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsiMixail Şvıdkoyvə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ikitərəfli əməkdaşlığın aktivləşdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, jurnalistlərlə söhbətində Mixail Şvıdkoy Bakıdakı danışıqlar zamanı pandemiyaya baxmayaraq əlaqələrin aktivləşdirilməsi imkanlarının müzakirə olunduğunu bildirib. O deyib ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə elan edilmiş “Nizami ili” çərçivəsində bu gün Bakıda keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” …

Read More »

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb. Boyukmillet.com  xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad …

Read More »

Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək. Bu barədə  parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Q.Paşayeva TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək. Q.Paşayeva, …

Read More »

Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması üçün görülən işləri açıqlayıb

“Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib. O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda …

Read More »

Azərbaycanın Əməkdar incəsənət xadimi 98 yaşında vəfat edib

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib. Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub. O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun …

Read More »

Azərbaycan ilk dəfə YUNESKO-nun komissiya iclasına sədrlik edir

Parisdə YUNESKO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində 17-19 noyabr tarixlərində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayır. Boyukmillet.com xəbər verir ki, YUNESKO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi komissiyanın iclasına Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcək. Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu …

Read More »