Mədəniyyət

Peru mətbuatı: Dünyada ilk xalça muzeyinin əsası Bakıda qoyulub

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi …

Read More »

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib

Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib. Bu barədə Boyukmillet.com sarayın mətbuat xidmətinə istinadən xəbər verir. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev …

Read More »

“Fəryad-2” filminin çəkilişləri başa çatıb, adı dəyişdirilib

“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb. “Azərbaycanfilm” kinostudiyasından  verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. …

Read More »

“Təslimat” filmi daha 3 beynəlxalq festivalın finalında

Kıbrıs Türk istehsalı olan “Təslimat” qısametrajlı filmi oktyabr ayında İspaniya Akademiyası Mükafatları (GOYA) üçün üç seçim öncəsi festival da daxil olmaqla müxtəlif beynəlxalq festivallarda yarışacaq.  Boyukmillet.com xəbər verir ki, rejissoru Doğuş Özokutan, istehsalçısı Vasvi Çiftcioğlu olan qısametrajlı film biri Portuqaliyada, yeddisi İspaniyada olmaqla daha 8 beynəlxalq festivalın rəsmi seçiminə girməyi bacarıb. Çəkilişləri Şərqi Aralıq dənizi Universiteti(DAÜ) və Mədəniyyət Departamentinin dəstəyi …

Read More »

Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb

Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işlərinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, Dərbənd şəhər rəhbərliyi məlumat yayıb. Şəhər rəhbəri Rustambek Pirmaqomedov deyib ki, mövcud tikili pozuntular səbəbindən söküləcək və bundan sonra yenisi tikiləcək. Teatrın direktoru Firdovsi Əsgərov bildirib ki, “Project City Group” layihə və tikinti şirkətinin mütəxəssisləri konseptual təklifin hazırlanması üzərində çalışıblar. Qeyd edək ki, Azərbaycan Dövlət Dram …

Read More »

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olunub. Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət …

Read More »

“Fəryad-2” filminin mövzusu və premyera vaxtı məlum olub

Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevin müəllifi olduğu “Fəryad-2” adlı bədii filmin premyerasının bu ilin sonunadək olacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə filmdə baş rolda çəkilmiş Demetre Samxaradze Gürcüstanın Birinci kanalının radiosuna müsahibəsində deyib. Gürcü aktyorun sözlərinə görə, ekran əsərinin çəkilişləri üç ay davam edib: “Film Qarabağda çəkilib və buna səbəb orada yaşananları hiss etməyimiz idi. Biz əsgərlərlə bir yerdə qaldıq …

Read More »

Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib

Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib. Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib. Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı …

Read More »

Xüsusi nümayəndə: “Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq”

“Gələn il Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq”. Bunu “Report”a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi gələcək mədəni tədbirlərin başlanğıcıdır: “Bundan sonra Şuşada daha böyük konsertlər təşkil olunacaq. Gələcək tədbirlərin proqramı hələlik müəyyən olunmasa da şəhərdə konsertlərin təşkil olacağı dəqiqdir”.

Read More »

Türkiyə səfiri: “Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir”

“Azərbaycanın mədəniyyət şəhəri olan qədim Şuşa öz əhəmiyyətini geri qaytarır. Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün tviter səhifəsində yazıb. Xatırladaq ki, işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq sentyabrın 18-də Şuşada Milli Musiqi Günü qeyd edilib və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirilib.

Read More »