Cümə axşamı , 25 Aprel 2024

Mədəniyyət

İlyas Hacıyev: Zəfər günü xalqımızın tarixində xüsusi əhəmiyyətə malik tarixi hadisə olduğuna görə biz mədəniyyət işçiləridə burada üzərimizə düşən işləri layiqincə yerinə yetirməyə çalışırıq

Azərbaycanın Qarabağda qazandığı Zəfər ölkəmizin hər yerində böyük coşqu ilə keçirilibdir. Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı bayram proqramı özünün xüsusi özəlliyi ilə seçilib. Bərdə, Tərtər, Yevlax və Mingəçevir şəhərlərində təşkil edilən konsert proqramlarında ictimaiyyət nümayəndələrinin və vətəndaşların daha fəal iştirakı medianın diqqətini çəkib. Boyukmillet.com xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbəri İlyas Hacıyevin mətbuata verdiyi açıqlamada aşağıdakıları bildirib: “Dövlət …

Read More »

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov dünyasını dəyişib

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, Seyfəddin Qurbanov bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı. Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna …

Read More »

“Haber Global” Arzu Əliyevanın beynəlxalq mükafata layiq görülməsi ilə bağlı süjet hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın “Türk dünyası mədəniyyətinə töhfə” mükafatına layiq görülməsi barədə süjet hazırlayıb. Boyukmillet.com xəbər verir ki, süjetdə İstanbulda keçirilən “Korkut Ata” Film Festivalının “Türk dünyası mədəniyyətinə töhfə” mükafatının Arzu Əliyevaya Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən təqdim edildiyi qeyd olunub. Bundan başqa, festivalda ən yaxşı film mükafatı da Azərbaycana …

Read More »

Şuşa və Azıx mağarasının UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır

“Şuşanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır. Bu proses 1-2 il vaxt apara bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov bildirib. “UNESCO-nun bir neçə irs siyahısı var: Ümumdünya İrsi siyahısı var, Yaradıcı şəhərlər şəbəkəsi var. Məsələn, Lənkəran “qastronomiya” şəhəri kimi yaradıcı şəhərlər şəbəkəsinə daxildir. Şuşa şəhərinin həm Ümumdünya …

Read More »

“Şuşa əməliyyatı”nın detalları ilk dəfə bu filmdə təqdim olunacaq

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı …

Read More »

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb. Bu barədə Xalq artistinin yaxınları məlumat veriblər. A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər”. Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.

Read More »

Peru mətbuatı: Dünyada ilk xalça muzeyinin əsası Bakıda qoyulub

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi …

Read More »

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib

Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib. Bu barədə Boyukmillet.com sarayın mətbuat xidmətinə istinadən xəbər verir. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev …

Read More »

“Fəryad-2” filminin çəkilişləri başa çatıb, adı dəyişdirilib

“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb. “Azərbaycanfilm” kinostudiyasından  verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. …

Read More »

“Təslimat” filmi daha 3 beynəlxalq festivalın finalında

Kıbrıs Türk istehsalı olan “Təslimat” qısametrajlı filmi oktyabr ayında İspaniya Akademiyası Mükafatları (GOYA) üçün üç seçim öncəsi festival da daxil olmaqla müxtəlif beynəlxalq festivallarda yarışacaq.  Boyukmillet.com xəbər verir ki, rejissoru Doğuş Özokutan, istehsalçısı Vasvi Çiftcioğlu olan qısametrajlı film biri Portuqaliyada, yeddisi İspaniyada olmaqla daha 8 beynəlxalq festivalın rəsmi seçiminə girməyi bacarıb. Çəkilişləri Şərqi Aralıq dənizi Universiteti(DAÜ) və Mədəniyyət Departamentinin dəstəyi …

Read More »