Cümə , 17 Yanvar 2025

Mədəniyyət

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib: “Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”. “Həmin ev bölgüsü …

Read More »

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000- 3 000 avro arasında dəyişir. “Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XIX əsrin zərif antik Şərq xalçaları …

Read More »

Bakıda Nobel qardaşlarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub

Nobel qardaşlarının Azərbaycanda irsinin 150 illiyi münasibətilə Bakıda ilk xarici şirkətin yaradıcılarının həyatından bəhs edən kitabın və filmin təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, tədbir İsveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. “1873-cü ildə Robert Nobel ilk dəfə Azərbaycana səfər edib. Onun odlar və küləklər diyarına səfəri Azərbaycanın neft sənayesinin inkişafının, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasını qoyub”, – …

Read More »

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyə mədəni, tarixi sahələrdə çoxşaxəli layihələr həyata keçirəcək. Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bildirib. “Türkiyə ilə aramızda mədəni əlaqələrimizin, ümumiyyətlə mədəniyyətimizin, tariximizin, Azərbaycan və türk dilinin inkişaf etdirilməsi üçün çoxşaxəli layihələr həyata keçiriləcək”, – nazir deyib. Ankarada Azərbaycan və Türkiyə hökumətlərinin mədəniyyət sahəsində əməkdaşlığına dair sazişi dəyərləndirən nazir bildirib ki, sənədin …

Read More »

Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak edir. Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və …

Read More »

Dövlət Film Fondunda “İZ” sənədli filminin təqdimatı olub

Dövlət Film Fondunda “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi …

Read More »

Azərbaycanda “Zəfər” musiqi və teatr festivalı başlayır

8 noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək. Festival çərçivəsində bədii kollektivlərin və solistlərin …

Read More »

“Əbədi İztirab” sənədli filminin təqdimatı keçirildi — FOTOLAR

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Əbədi İztirab” sənədli filminin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, hüquq elmlər doktoru, professor Bəhram Zahidov, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin …

Read More »

“Prodüserlərin inkişaf təlimi” proqramının açılışı olub

Bakıda “Prodüserlərin inkişaf təlimi” proqramının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, təlim Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə baş tutub. Təlimin 1-ci mərhələsi (intensiv proqram) 13 oktyabr tarixinədək davam edəcək. Təlimlər avropalı mütəxəssislər- Martin Hagemann və Titus Kraymberqi tərəfindən keçirilir. Təlim boyunca iştirakçılar dünya standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza …

Read More »

Altı ölkənin nazirləri Şuşada görüşəcək

Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Bu barədə məlumatı “Report”un Ankara bürosuna açıqlamasında TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib. S.Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq. TÜRKSOY rəsmisi bağlanış …

Read More »