“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib. Boyukmillet.com xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb. Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar. Qeyd edilib ki, Heydər Əliyevin “bir millət iki dövlət” kəlamı ilə sağlam təməllər üzərində …
Read More »AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qalıblar
AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən “Report”a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. Xəbər verdiyimiz kimi, İran …
Read More »İTV-nin Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib. İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub. Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş …
Read More »Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur
Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.Xalqxeber.Az günün 24 saatı işləyir. Boyukmillet.com xəbər verir ki, ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir. Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ …
Read More »“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı
SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Boyukmillet.com xəbər verir ki, Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik …
Read More »“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb. Açılış nitqi ilə çıxış edən MEDİA Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna …
Read More »Azərbaycan XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib. “Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib. Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib: “Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub. Alı Mustafayev, Fəxrəddin …
Read More »Baş Prokurorluqda jurnalistlərə sertifikatlar təqdim edilib
Azərbaycanın Baş Prokurorluğunda oktyabr ayının 25-26-da “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilən treninq başa çatıb, jurnalistlərə sertifikatlar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan …
Read More »Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib …
Read More »“Tik-Tok” məhdudiyyəti və inkişaf edən Çin – Ermənistan amili…
Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən dövlətimiz sosial şəbəkələrlə bağlı bəzi zəruri addımlar atdı. Daha konkret ifadə etsək, müvafiq dövlət qurumunun təqdimatı əsasında Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki biz yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının …
Read More »