Bazar , 23 Fevral 2025

Media

Azərbaycan və Türkiyə arasında media əlaqələri genişləndirilir

Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin əlaqələri genişləndiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində yer alıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan …

Read More »

ADPU-da jurnalistlərlə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəaliyyətə başlamasının 100 illik yubileyi ilə bağlı rektor Cəfər Cəfərov media nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, rektor çıxışında Pedaqoji Universitetin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərə start verildiyini xatırladıb. Görüşdə KİV nümayəndələrinə 100 illik yubileylə əlaqədar görülən və görülməsi nəzərdə tutulan işlər barədə geniş məlumat və universitetin 100 illik tarixi haqqında ətraflı …

Read More »

QHT.az-ın baş redaktoruna “Beynəlxalq media vəsiqəsi” təqdim edildi

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadəyə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” verilib.“Beynəlxalq media vəsiqəsi” Azərbaycan Mətbuat Şurasının ofisində ki, BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli tərəfindən təqdim edilib. Qeyd edək ki, Cəsarət Hüseynzadə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin bakalavr, jurnalistika fakültəsini isə magistr pilləsi üzrə bitirib. Tələbə vaxtından …

Read More »

Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirilib

İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib. Bu barədə “Report”a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub. Şəhidlərimizin ruhuna “Quran” oxunub, daha sonra ehsan …

Read More »

Şəhid jurnalistlə vida mərasimi keçirilir

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, şəhid jurnalistlə vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilir. Mərasimdən sonra onun cənazəsi Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq. Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat …

Read More »

“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı – VİDEO

“Haber Global” Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin minaya düşərək şəhid olması ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir. “Haber Global”ın sabiq aparıcısı Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və həmkarları da Qarabağda …

Read More »

Jurnalistlər Ağdamda mədəni irs obyektlərinin durumu ilə tanış olacaqlar

Bir qrup kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri başlayıb. “Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, məqsəd Ağdam şəhərinin mərkəzində yerləşən mədəni irs obyektləri ilə tanışlıqdır. Səfər çərçivəsində Ağdam ərazisindəki Cümə məscidi, Çörək muzeyi, inzibati bina, Şahmat evi, Dram Teatrı, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı kəndindəki məscid, Şahbulaq qalası və məscidinə baxış …

Read More »

“Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur. Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin …

Read More »

“Lider TV”nin fəaliyyəti dayandırıldı

Bu gündən “Lider TV”nin fəaliyyəti dayandırılıb. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub. Qərara əsasən, şura “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın …

Read More »

Əməkdar jurnalist vəfat edib

Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib. Boyukmillet.com  xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Mətbuat Şurası S.Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayıb. Qeyd edək ki, S.Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı “Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor …

Read More »