Şənbə , 11 May 2024

Media

Jurnalistlər Ağdamda mədəni irs obyektlərinin durumu ilə tanış olacaqlar

Bir qrup kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri başlayıb. “Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, məqsəd Ağdam şəhərinin mərkəzində yerləşən mədəni irs obyektləri ilə tanışlıqdır. Səfər çərçivəsində Ağdam ərazisindəki Cümə məscidi, Çörək muzeyi, inzibati bina, Şahmat evi, Dram Teatrı, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı kəndindəki məscid, Şahbulaq qalası və məscidinə baxış …

Read More »

“Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur. Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin …

Read More »

“Lider TV”nin fəaliyyəti dayandırıldı

Bu gündən “Lider TV”nin fəaliyyəti dayandırılıb. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub. Qərara əsasən, şura “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın …

Read More »

Əməkdar jurnalist vəfat edib

Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib. Boyukmillet.com  xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Mətbuat Şurası S.Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayıb. Qeyd edək ki, S.Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı “Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor …

Read More »

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar. Bunu açıqlamasında MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib. Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub: “Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün …

Read More »

ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb. Bu barədə şirkətdən məlumat verilib. Müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərinin quraşdırılması üçün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinə yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Read More »

Murad Dadaşov daha bir məşhuru Xəzər TV-yə gətirdi – FOTO

Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər televiziyasında aparıcılıq edəcək. Boyukmillet.com  xəbər verir ki, bu haqda Teleqraf.com-a Oksana Rəsulovanın özü məlumat verib: “Xəzər televiziyasında aparıcılıq edəcəyəm. Veriliş analar və uşaqlar haqqında olacaq. Hələlik ümumi formatı bilmirəm. Hazırda veriliş hazırlanır və yeni mövsümdə efirə gedəcək. Bu haqda geniş açıqlama verə bilmərəm. Gərək Xəzər televiziyasından icazə alım. Bir şeyi deyə bilərəm, aparıcı kimi fəaliyyətə başlayıram”. Qeyd …

Read More »

ANS bərpa olunur — RƏSMİ

Məşhur TV və radio jurnalistləri, ANS şirkətlər qrupunun qurucuları, qardaşlar Vahid və Seyfulla Mustafayevlər yeni bir layihə yaradıblar. Qardaşlar “Youtube”da yayımlanan videoda Çingiz Mustafayev adına ANS-in fəaliyyətini bərpa ediblər. İnternet kanalının yaradılması görkəmli azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi ilə əlaqədardır. Xatırladaq ki, 2015-ci ilə qədər Çingiz Mustafayev adına ANS radiosu 102 FM radio dalğasında fəaliyyət …

Read More »

ƏƏSMN-də daha bir kadr təyinatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. Məlumat üçün bidlirək ki, M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və …

Read More »

“ARB 24”ün keçmiş rəhbərinin oğlu AzTV-nin əməkdaşını şantaj edib

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etməkdə şübhəli bilinən şəxs “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. Boyukmillet.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə …

Read More »