Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təlim keçirilir

Oktyabrın 4-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb.

Boyukmillet.com xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …