Şənbə , 10 Yanvar 2026

Milli Məclis

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Read More »

Parlament qanunsuz aborta görə cəzaların sərtləşdirilməsini son oxunuşda təsdiqləyib

Milli Məclis həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərərvurmaya görə cəzalar sərtləşdirilməsini son oxunuşda təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, sözügedən hallara görə şəxsin sağlamlığına …

Read More »

Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir

Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Regional …

Read More »

Milli Məclis Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi ratifikasiya edib

Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, sazişə görə hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə …

Read More »

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, o cümlədən “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişikliklər olunması təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd edilib …

Read More »

Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib

2024-cü ildə insan alveri, seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub. Boyukmillet.com xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb. Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və …

Read More »

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. K.Əliyev ona yenidən etimad göstərib təyinatı ilə …

Read More »

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir. Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcək. Sənəddə qurumun “2021-2025-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq ötən il planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri (indikatorları) qeyd olunmaqla əks etdirilib. İllik İş …

Read More »

Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib

Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib. O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün …

Read More »

Parlament Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib

Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, …

Read More »