Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib. O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün …
Read More »Parlament Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib
Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, …
Read More »Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir
Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər təklif edilir. Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının …
Read More »Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın …
Read More »Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib. Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.
Read More »Bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb
Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”də öz əksini tapıb. Məruzəyə əsasən keçən il: – Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq …
Read More »Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib
Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəni Milli Məclisə təqdim edib. Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məruzənin müzakirəsinin vaxtı parlament tərəfindən təyin olunacaq. Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə …
Read More »Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. Boyukmillet.com xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, …
Read More »Zahid Oruc parlamentdə inqilablardan danışdı
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin bugün keçirilən iclasında ərəb ölkələrində baş verən inqilablardan danışıb. Boyukmillet.com Zahid Orucun nitqini təqdim edir:
Read More »Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
Müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Bundan başqa, iclasın gündəliyinə salınan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar