Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, …

Read More »

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı

Bu gün Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından 29 il keçir. Lakin bu il əvvəlki illərdən fərqli olaraq Şuşanın tezliklə yağı düşməndən azad edilməsini arzu etmirik. Düz 6 ay bundan əvvəl, 2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum …

Read More »

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası …

Read More »

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub. Bu barədə  Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri …

Read More »

“Vətən Müharibəsi Qəhrəman”ları abidələrinin açılışı zamanı Dövlət Himninin ifası məcburidir

“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Dövlət Himni mütləq ifa ediləcək.

Read More »

Rusiya XİN başçısı: “Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq”

“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi …

Read More »

Hesabat: Ermənistanın anti-Azərbaycan siyasətinin aparması II Qarabağ müharibəsindən sonra da səngiməyib

Ermənistanda siyasi ideologiyanı formalaşdıran esktremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi 30 il boyunca işğal altında saxlanılıb, etnik təmizləmə yolu ilə bir milyondan çox insan öz doğma yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik mənsubiyyətinə görə soyqırıma məruz qalıb. Bundan əlavə, ətraf mühitə ciddi şəkildə zərər vurulub və …

Read More »

Ramil Usubov: “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır”

“Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatçılığa əsas yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 10 noyabr Bəyanatının müddəalarınınicrasına münasibət bildirərkən deyib. Bəyanatın imzalanmasından artıq 6 ay ötdüyünü xatırladan Təhlükəsizlik Şurasının katibi bildirib ki, bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir: “Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı …

Read More »

Azərbaycan Ordusunun itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılıb

Hərbi Prokurorluq: Həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunmuşdur. Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən …

Read More »

Şuşada abadlıq işləri aparılır – FOTOLAR

İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri davam edir. Məlumata görə, 28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur. Boyukmillet.com yeni görüntüləri təqdim edir:

Read More »