Bazar , 11 Yanvar 2026

Qarabağ

Rusiya sülhməramlıları Kəlbəcərə 80 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 15 “KamAZ” markalı hərbi avtomobili və yükü müşayiət edən maşınlardan ibarət kolonna Xankəndi – Suqovuşan – Kəlbəcər …

Read More »

Partiya sədrləri Ağdam şəhərindədir

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri işğaldan azad edilən Ağdam şəhərinə səfər edib. Boyukmillet.com -un xəbərinə görə, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə baş tutub. Partiya sədrləri Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olurlar.

Read More »

Şuşa şəhərinin rəsm qalereyası yenidən bərpa ediləcək

“Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” …

Read More »

Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 “KamAZ” markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 130tondan çox yük çatdırıb …

Read More »

ATƏT rəhbəri Minsk qrupu həmsədrləri ilə görüş keçirib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə onlayn görüş keçirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ann Linde tvitter səhifəsində yazıb. Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistana gözlənilən səfəri müzakirə edilib.

Read More »

Qubadlının Bəxtiyarlı kəndindən görüntülər

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonunun Bəxtiyarlı kəndindən videogörüntülər yayıb. Boyukmillet.com  həmin görüntüləri təqdim edir.

Read More »

Vətən müharibəsi Kolumbiya mətbuatında

Kolumbiya mətbuatında Azərbaycanın Cənubi Qafqaz regionundakı geosiyasi və iqtisadi mövqeyi, 44 günlük müharibənin nəticələri və Latın Amerikası regionu ilə əlaqələr barədə danışılıb. Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində respublikamızın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibə əsasında Cənubi Qafqaz regionundakı geosiyasi durum, xüsusən 44 günlük müharibənin nəticələri, eləcə də ölkəmizin həyata keçirdiyi iri …

Read More »

Füzulinin Gorazıllı kəndindən görüntülər

Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun Gorazıllı kəndinin görüntülərini yayımlayıb. Boyukmillet.com  həmin görüntüləri təqdim edir:

Read More »

Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq – Ərdoğan

Ermənistanın Dağlıq Qarabağdakı işğalına son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq. Boyukmillet.com-un məlumatına görə, bunu “Mavi Vətən 2021” təlimlərində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. T.Ərdoğan qeyd edib ki, bu addımları atarkən, əlbəttə ki, biz genişlənmə, müdaxilə etmə düşüncəsiylə hərəkət etməmişik: “Hər zaman dediyimiz kimi, heç bir ölkənin torpağında, dənizində və suverenliyində gözümüz yoxdur. Biz …

Read More »

Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar. Növbəti belə tədbir zamanı …

Read More »