Çərşənbə axşamı , 14 Yanvar 2025

Qarabağ

Xankəndi-Laçın yolundakı aksiya 60 gündür davam edir: etirazçıların fəallığı yüksəkdir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. …

Read More »

Qarabağ Regional Turizm İdarəsi yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb: 1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi; 1.2. Gəncə Regional Turizm İdarəsi; 1.3. Şəki Regional Turizm İdarəsi; 1.4. Lənkəran Regional Turizm İdarəsi; 1.5. Mingəçevir Regional Turizm İdarəsi; 1.6. Quba Regional Turizm İdarəsi; …

Read More »

Sultan Hacıyev: “Azərbaycan bərpa və yenidənqurma proseslərində böyük tərəqqiyə nail olub”

“Bu gün imzalanan layihə Azərbaycanın minatəmizləmə prosesində beynəlxalq dəstək aldığının əyani sübutudur”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib. “Azərbaycan həmişə olduğu kimi öz imkanlarına arxalanır. Azərbaycan ümumi bərpa və yenidənqurma proseslərində, eləcə də onların tərkib hissəsi olan minatəmizləmə fəaliyyətində böyük tərəqqiyə nail …

Read More »

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 6 minik və 1 yük avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət …

Read More »

Xankəndi-Laçın yolunda 58 günlük aksiya: “Azərbaycan vahiddir, sərvətinə sahibdir”

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli səkkiz gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident …

Read More »

Beynəlxalq səyahətçilər Ağdamda səfərdədirlər

Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Ağdam şəhərindəki Cümə məscidini, daha sonra Ağdam qəbiristanlığını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu qrupun Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfərinin son istiqaməti Ağdamdır. Səyahətçilər Ağdamda inşa edilmiş konfrans mərkəzinə baş çəkib, Ağdam Dram Teatrının xarabalıqları ilə də tanış olublar. Səfər zamanı turistlərə dağıdılmış dini-mədəni abidələr, …

Read More »

Xankəndi-Laçın yolundakı aksiya 57 gündür davam edir: ekofəalların tələbləri dəyişməzdir 

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli yeddi gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident …

Read More »

Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olmasına şahidlik ediblər. Aksiya iştirakçısı Seymur Məmmədov “Report”un hazırda ərazidə olan əməkdaşına bildirib ki, beynəlxalq səyyahlarla söhbət əsnasında etirazları barədə onları məlumatlandırıblar. Onun sözlərinə görə, səyyahlara aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib: …

Read More »

Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar

12 ölkənin nümayəndəsinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu ekofəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı Xankəndi-Laçın yolunda dinc aksiya keçirdikləri əraziyə baş çəkdikdən sonra Şuşadakı Cıdır düzünə yollanıb. Boyukmillet.com xəbər verir ki, qonaqlara bir vaxtlar Cıdır düzündə Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib. Səyyahlara həmçinin İkinci Qarabağ müharibəsi …

Read More »

Xankəndi-Laçın yolu: Aksiyada canlanma müşahidə edilir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Boyukmillet.com xəbər verir ki, toplanış yerində etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq qalır. Hazırda aksiyada canlanma müşahidə edilir. Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu da bu dəqiqələrdə aksiya keçirilən ərazidədirlər. Onlar aksiya ilə tanış olublar. Ekofəallar …

Read More »