Cümə , 5 Dekabr 2025

Qarabağ

Havanın dumanlı və şaxtalı olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Hazırda havanın dumanlı, soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir. Boyukmillet.com xəbər verir ki, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son …

Read More »

BQXK-yə məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq ki, Qarabağda faydalı qazıntı …

Read More »

Xankəndi-Laçın yolunda aksiya 39 gündür davam edir 

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz doqquz gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə …

Read More »

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə olublar

Bir qrup ukraynalı jurnalistə işğaldan azad edilmiş Cəbrayıl rayonundan Xudafərin körpüsünə səfər zamanı işğal illərində nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin bütövlükdə narkotik və qeyri-qanuni silah ticarəti üçün istifadə edilməsindən danışılıb. Boyukmillet.com xəbər verir ki, jurnalistlərə Xudafərin körpüsünün yaranma tarixi, 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərin işğaldan azad edilməsi və Araz çayının digər tərəfində, yəni İranda yaşayan azərbaycanlıların bu hadisələrə münasibəti …

Read More »

Kanadalı jurnalist və gürcüstanlı bloger Xankəndi-Laçın yolundakı aksiyanı işıqlandırmaq üçün gəlib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Boyukmillet.com xəbər verir ki, toplanış yerinə xarici media orqanının əməkdaşı və tanınmış bloger gəlib. Belə ki, kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) aksiyanın keçirilmə səbəbləri baradə məlumatlandırılıb. Onlar hazırda toplanış yerindən çəkilişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər. …

Read More »

Azərbaycan Prezidenti Ermənistanın ötən iki ildə Laçın yolundan minaların, silah-sursatın daşınması üçün istifadə etdiyini bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüş zamanı bəyan edib. Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar …

Read More »

Xankəndidən Laçına sülhməramlıların daha 9 avtomobili maneəsiz keçib 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 minik, 8 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Qarabağda …

Read More »

Xankəndi-Laçın yolunda aksiya davam edir, etirazçılar vətənpərvərlik ruhunda mahnılar səsləndirir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir. Boyukmillet.com xəbər verir ki, toplanış yerində ekofəallar və gənc könüllülərin canlanması müşahidə olunur. Bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə …

Read More »

Yeni ildən indiyədək Xankəndi-Laçın yolunda 451 avtomobil maneəsiz keçid edib

2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşının əldə etdiyi məlumata görə, etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb. Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun …

Read More »

Yüksək fəallıq, iradə, əzm – Xankəndi-Laçın yolunda aksiyanın 37-ci günü

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz yeddi gündür yüksək fəallıq, iradə və əzmlə davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. …

Read More »