Cümə , 5 Dekabr 2025

Qarabağ

Qarabağ və Şərqi Zəngəzurda minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə  Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildiirlib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib. “Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, sülh …

Read More »

“CNN Türk”ün müxbiri: “Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır” 

“İkinci Qarabağ müharibəsindən sonra bölgədə gərginliyin azalmadığını gördüm. Müharibə bitib, amma gərginlik hələ də davam edir. Bu cür problemlər davam edərkən dünya ictimaiyyəti Şuşadan keçən Xankəndi-Laçın yolundakı son vəziyyətin necə olduğunu bilmirdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında “CNN Türk” telekanalının müxbiri Ahmet Melih Türkeş deyib. O, dinc aksiyanın keçirildiyi ərazidə gördüklərindən danışarkən bildirib ki, ərazidə …

Read More »

BQXK-yə məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 4 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün …

Read More »

İlham Əliyev: “Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır”

“Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı deyib. Telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlət başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də …

Read More »

Xankəndi-Laçın yolunda aksiyanı işıqlandırmaq üçün bir qrup xarici media orqanlarının əməkdaşları gəliblər 

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya yerinə bir qrup xarici media orqanlarının əməkdaşları gəliblər. Hazırda onlar aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırılır. Xarici KİV nümayəndələri hazırda toplanış yerindən çəklişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran …

Read More »

Xankəndi-Laçın yolunda aksiya davam edir, etirazçıların canlanması müşahidə olunur

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, toplanış yerində etirazçıların canlanması müşahidə olunur. Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz …

Read More »

Laçından Xankəndinə sülhməramlıların daha bir avtomobili maneəsiz keçib 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki …

Read More »

Xankəndi-Laçın yolundakı aksiyaçılar təbiəti qorumağa çağıran hava şarı asıblar

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları tərəfindən ərazidə hava şarı asılıb. Boyukmillet.com xəbər verir ki, təbiəti qorumağa çağıran etirazçılar balonun üzərinə “Stop Ecocide!” yazıblar. Şuşa şəhərinə qar yağmağına baxmayaraq, ekofəallar və gənc könüllülər hava şarının ətrafında bayraqlarla durublar. Daha sonra onlar “Stop Ecocide!” və digər şüarlar səsləndiriblər. Xatırladaq ki, Qarabağda …

Read More »

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub

Şuşa şəhərinə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, şəhərin küçələrində nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb. Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib. Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub. Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb. Qeyd edək …

Read More »