Bazar ertəsi , 6 May 2024

Qarabağ

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar. “Most Traveled People” cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi “Report”un sualı cavablandıraraq bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar. “Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. …

Read More »

DTX rəisi: “6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır”

Vətən müharibəsi başa çatdıqdan sonra 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib. Onun sözlərinə görə, 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar.

Read More »

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub. Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub. 2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin …

Read More »

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər. Boyukmillet.com xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar. Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını …

Read More »

Ted Nims: “Azərbaycan azad edilmiş ərazilərdə dağıntıları tezliklə bərpa edəcək”

“Qarabağı gözlərimlə gördüm və nəhayət, Şuşanı ziyarət etdim”. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ səyyahı Ted Nims məlumat verib. Onun sözlərinə görə, səfər zamanı tarixi abidələrin dağılmış vəziyyətdə olduğunu görüb. T.Nims Azərbaycanın onları tezliklə bərpa edəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, …

Read More »

Avropa Şurası yanında bir qrup səfir Ağdama səfər edib

Avropa Şurası yanında bir qrup səfirdən ibarət nümayəndə heyəti Ağdama səfər edib. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Qonaqlar Ağdama erməni vandalizminin qurbanı olan tarixi abidlərlə tanış olub, onlara yenidənqurma işləri və gələcək planlar haqda məlumat verilib. Avropa Şurası yaninda bir …

Read More »

Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək

Sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantıda Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək. Tədbirə Türkiyə tərəfindən sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd …

Read More »

Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir. Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca …

Read More »

Ekspert: “Ermənistan öz bəyanatları ilə regional əməkdaşlıq prosesini pozmağa çalışır”

“Ermənistan mətbuatının David Vardanyanın guya Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son bəyanatları Ermənistanın dezinformasiya yayılması üzrə düşmənçilik proqramını əks etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru, ortaq gələcəyə malik cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin üzvü Xalid Taymur Əkrəm deyib. “Ermənistan rəhbərliyi Azərbaycanın başlatdığı regional əməkdaşlıq prosesini pozmaqla münaqişəni qızışdırmağa çalışır. …

Read More »

Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur: “Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.

Read More »