Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur: “Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.

Read More »

Qarabağda şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat xərclənib

“İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş şəhərlərimnin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib”. Boyukmillet.com-un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. Xatırladaq ki, zərbaycanda ötən il işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün …

Read More »

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

Cəlilabad şəhərində Vətən müharibəsi şəhidi Maarif Səfərovun doğum günündə əziz xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində rayon rəsmiləri, qazilər, şəhidin yaxınları və rayon sakinləri iştirak edib. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin şərəfli həyat yolundan söhbət açılıb. Tədbirdə şəhidin qəhrəmanlığından və …

Read More »

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil …

Read More »

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Ermənilər Qarabağda təkcə vandallıqla məşğul olmayıblar”

“Ermənilər Azərbaycan torpaqlarını işğal etdikləri dövrdə təkcə vandallıqla məşğul olmayıblar. Onlar Azərbaycan xalqının hisslərinə toxunmaq niyyəti ilə qəbirləri belə dağıdıblar”. Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov Ağdama səfəri zamanı deyib. “Biz Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə buradayıq. Azərbaycanda səfərdə olduğumuz müddətdə çox şükürlər olsun ki, işğaldan azad olunan ərazilərə də gəldik. …

Read More »

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir

Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları “Şuşa İli” ilə bağlı təşkil olunmuş …

Read More »

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb

Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: 1. Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları, …

Read More »

Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi çox vacib problemdir və mümkün qədər tez həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Şuşada olan Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib. “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə öz həllini tapacaq. Bu nə qədər tez baş versə, dövlət ərazilərin bərpası üzərində işlərə bir o qədər tez başlaya biləcək”, – səfir deyib. “Beynəlxalq …

Read More »

Azad olunmuş torpaqlarda beynəlxalq şahmat turniri keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib. Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır. Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün …

Read More »