Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib. Sitat.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat …
Read More »Azərbaycan Prezidenti: “Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir”
Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində …
Read More »Dövlət başçısı: “Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım böyük rəmzi məna daşıyır”
Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada (Xankəndidə – red.) olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən səsləndirib. “Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən bütün …
Read More »Prezident: “Torpaqlarımız işğal altına düşəndə bütün əsas güclər Ermənistanın arxasında idi”
Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə …
Read More »Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”
“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. O, həmçinin qeyd edib ki, Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycanla müzakirə olunacaq.
Read More »30 il əvvəl Füzulidə itkin düşən hərbçi Salyanda dəfn edilib
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılan hərbçi Əbülfət Atamoğlanovun meyitinin qalıqları dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhid Salyanın Kürsəngi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Daha öncə şəhidlə evində vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəhbərliyi, büro üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak …
Read More »Zəngəzur dəhlizi türk dünyasını geosiyasi gücə çevirəcək
Prezident İlham Əliyevin dəvəti ilə Rəcəb Tayyib Ərdoğanın Naxçıvana işgüzar səfərə gəlməsi zaman və məkan baxımından çox önəmli və mesaj dolu bir Zirvə oldu. Bu sözləri Axar.az-a Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri haqqında danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı, professor Mehmet Yüce deyib. Professor dövlət başçılarının keçirdiyi görüşlər zamanı vurğulanan və diqqət çəkən məqamları aşağıdakı kimi sıralayıb: “Birincisi, görüşlər zamanı …
Read More »Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.
Read More »“LDPR” partiyasının lideri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası Azərbaycanın gündəmindədir”
“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü nöqtə”dən tərpənə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski deyib. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir. Onun sözlərinə görə, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan nəhayət suverenliyini …
Read More »Politoloq: “Antiterror tədbirləri Azərbaycanın regionda sülh yaratmaq istəyini təsdiqləyir”
“Azərbaycanın suveren ərazisində qanunun və asayişin təmin edilməsi üçün lokal antiterror tədbirləri həyata keçirilib və bu, Qarabağda yaşayan erməni sakinlərin ölkə həyatına reinteqrasiyasına xidmət edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib. “Qarabağda yaşayan erməni sakinlər Azərbaycan iqtisadiyyatına reinteqrasiya sayəsində daha çox imkanlar əldə edəcəklər. Bu məqamda qeyd edək ki, reinteqrasiya …
Read More »