Cümə axşamı , 9 May 2024

Qarabağ

Şuşada beynəlxalq tədbir başlayıb

Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda beynəlxalq tədbir işə başlayıb. Boyukmillet.com  xəbər verir ki, tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir. Mərasimin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.

Read More »

Azərbaycan bu il Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub

2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri üçün nəzərdə tutulmuş 3 milyard manat vəsaitin təxminən 60 %-i (1,8 milyard manatı) artıq istifadə olunub. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib. “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır və Prezident İlham …

Read More »

AŞPA-nın həmməruzəçiləri Ağdamda Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar

Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən …

Read More »

Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir 

“Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb: “Ötən dövr …

Read More »

Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.  Boyukmillet.com xəbər verir ki, müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, – dövlət başçısının müraciətində bildirilib.  Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, …

Read More »

ANAMA rəhbəri: “Minalar sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”

“Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib. “Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan …

Read More »

Abşeronda şəhid Vidadi Zalovun anım mərasimi keçirildi

Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak …

Read More »

Azad edilən ərazilərdə təmizlənən sahələr və aşkarlanan minaların sayı açıqlanıb

“İşğaldan azad edilmiş ərazilərdə 810 236 026 kvadrat hektar sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Qarabağ bürosuna Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov deyib. O bildirib ki, təmizlənmiş ərazidən 28 235 ədəd piyada əleyhinə mina, 15 258 ədəd tank əleyhinə mina, 44 228 ədəd isə partlamamış hərbi sursat …

Read More »

XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

“Azərbaycan ərazisinin kütləvi şəkildə minalarla çirklənməsi və bununla paralel Ermənistanın minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi ciddi humanitar təhlükədir və demək olar ki, hər gün insan ölümünə səbəb olmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib. “Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma proqramını təklif edib. Tərəflər bir-birinin …

Read More »

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıyıb”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib. O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. “Üç gün əvvəl Aİ Şurasının …

Read More »