Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilir. Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı …
Read More »Azərbaycan Prezidenti azad olmuş ərazilərdə erməni vandallıqları ilə bağlı BMT rəsmisini məlumatlandırıb
“İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın …
Read More »Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu veriləcək
Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alacaq. Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət …
Read More »Əli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində …
Read More »Ağdamda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı yürüş keçirilib
İşğaldan azad edilən Ağdam şəhərində yürüş keçirilib. Xocalı soyqırımının 30 ildönümü münasibətilə keçirilib. Boyukmillet.com xəbər verir ki, yürüşdə Prezidentin Xüsusi Nümayəndəliyinin, Ağdamın tikinti və bərpasında iştirak edən şirkətlərin, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər. Yürüş Prezidentin Xüsusi Nümayəndəliyinin qərargahının qarşısından Ağdamın Şəhidlər Xiyabanına qədər davam edib. Şəhidlərin əziz xatirəsi yad olunub və ruhlarına dualar oxunub. Qeyd edək …
Read More »Rusiyanın “Nebojena” “Telegram” kanalı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib
“Əslində SSRİ-nin tənəzzülü bu günə qədər davam edir. Hələ də milli respublikalarda kommunistlərin çəkdiyi süni sərhədlər boyu müharibələr davam edir. Bu süqutun nə vaxta qədər davam edəcəyini bir Allah bilir”. Bu barədə “Nebojena” “Telegram” kanalının Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar paylaşdığı məqalədə bildirilir. “1992-ci ildə, I Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri Xocalı şəhərini ələ keçirmiş, burada qırğınlar törətmiş, …
Read More »Xocalı soyqırımından 30 il ötür
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər …
Read More »Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”
“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib. “Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara …
Read More »İlham Əliyev: “Azad edilmiş ərazilərdə aparılan işlərlə bağlı Rusiya şirkətlərindən 14 sifariş alınıb”
Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı deyib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir: “Hesab edirəm ki, bu sahə bizim …
Read More »Ermənilərin mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliyi Kolumbiya mətbuatında
Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “LaOtraCara” və “Ola Politica” qəzetlərində tanınmış jurnalist Roberto Trobaxonun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı üçün ürəklərin fəryadı” başlıqlı məqaləsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, yazıda Ermənistan tərəfindən təcavüz və işğal məqsədilə Azərbaycana qarşı başladılmış birinci müharibə zamanı 26 fevral tarixində Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı tarixdə misli görünməmiş xüsusi vəhşiliklə qətliam …
Read More »