Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

30 ildən sonra Ağdama qayıdan rayon sakini qarın üzərində namaz qılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə 71-ci reysi zamanı qeyri-adi olay baş verib. “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, rayon sakinlərindən biri ermənilərin dağıtdığı və hazırda Heydər Əliyev Fondunun bərpa etdiyi Cümə Məscidinin qarşısında namaz qılıb, dualar oxuyub. O, havanın qarlı və şaxtalı olmasına …

Read More »

Azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinin aparılması qaydası müəyyənləşib

Azad olunmuş ərazilərdə tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü barədə məlumatların Reyestrə daxil edilməsi qaydası açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü işlərinin aparılmasını nəzərdə tutan …

Read More »

Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd ediləcək

Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb. “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bayrağı azad Şuşada …

Read More »

Şuşa və Ağdama avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılır

Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər. Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 64 reys həyata keçirilib, 2 800-dən çox sərnişin daşınıb. Marşrutların təhlili, həmçinin tələbat …

Read More »

Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır. Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata …

Read More »

Şuşadan Xankəndi istiqamətində dövlət himni və “Koroğlu” üvertürası səsləndirilib

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib. Boyukmillet.com  xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası da səsləndirilib.

Read More »

Şuşadan Xankəndi istiqamətində azan səsləndirilib

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilir. Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı …

Read More »

Azərbaycan Prezidenti azad olmuş ərazilərdə erməni vandallıqları ilə bağlı BMT rəsmisini məlumatlandırıb

“İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın …

Read More »

Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu veriləcək

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alacaq. Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət …

Read More »

Əli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində …

Read More »