Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Ermənistan 100 nəfərə aid meyit qalıqlarını Azərbaycana verib

“Birinci Qarabağ müharibəsi ilə əlaqədar Ermənistan tərəfindən 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 60 nəfərə aid olması ehtimal edilən meyit qalıqları müvafiq qurumların əməkdaşları …

Read More »

“Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”

Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazsidir və əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” …

Read More »

Ekspert Fərruxda meyit qalıqlarının tapılmasından danışır: “Qarabağın hər qarışı vətəndaşlarımızın qanı ilə suvarılıb”

“Xocalı faciəsi zamanı sadəcə dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir”. Bunu “Report”a açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib. O bildirib ki, bu, erməni vandallığının nümunəsidir: “Faciə ilə bağlı bir …

Read More »

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazırdır

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər cür dəstək verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. “Prezident İlham Əliyev dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün münbit şərait yaradılmalıdır. Rusiya, öz tərəfindən, hər zaman bu müqavilənin hazırlanmasına dəstək verməyə hazırdır”, …

Read More »

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib – AÇIQLAMA

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib”. Bu fikirləri  “Report a” açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə …

Read More »

“Azəriqaz”: “Sabahdan Xankəndiyə qaz veriləcək”

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bu barədə Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. “Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir”, – məlumatda deyilir. “Azəriqaz”dan bildirilib ki, martın 29-da test …

Read More »

Ekspert: “Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir”

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”. Bu fikirləri “Report”a açıqlamasında …

Read More »

EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə EBRD məlumat yayıb. Kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 27-i gözlənilir. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir. Qeyd edək ki, Qaradağ GES-in tikintisi layihəsini “Abu …

Read More »

Beynəlxalq təşkilat: Ermənistan Azərbaycana təzminat ödəmək məsuliyyəti daşıyır

Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyasında qəbul edilmiş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz …

Read More »