Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Dünya Azərbaycanlılarının V Qurultayında müzakirə ediləcək məsələlər açıqlanıb

“Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşır. Qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir: “Qurultayın rəsmi açılış …

Read More »

Sabah Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Boyukmillet.com xəbər verir ki, Zəfər qurultayı aprelin 22-23-də keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul …

Read More »

Zəfər Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək

“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik”. Boyukmillet.com-un məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib. Valeh Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək …

Read More »

Ərdoğan: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb”

“Biz yaxın ətrafımızda sülh və sabitlik zonasının formalaşmasına töhfə verəcək hər cür normallaşma addımlarını dəstəkləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. “İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb. Bu fürsətin boşa getməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”, – deyə Ərdoğan qeyd edib.

Read More »

Ermənistanın mina müharibəsi: 20 azərbaycanlı faciədən son anda qurtuldu

Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Boyukmillet.com xəbər verir ki, düşmənin bir müddət əvvəl Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i feyk çıxıb. Beləliklə, məlum olur ki, erməni hərbçilərinin basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür. Bir neçə gün əvvəl – aprelin 16-da Kəlbəcər rayonunda yolda aşkarlanan mina da bunu …

Read More »

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb – VİDEO

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb. Boyukmillet.com xəbər verir ki, mina Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub. Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Heyəti daşıyan avtobus yolunun üzərindəki …

Read More »

Şuşada Zəfər Qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə …

Read More »

Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gediblər

Gürcüstanın mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində şəhərin tarixi, dini, memarlıq abidələri, o cümlədən mərkəzi meydanı, qala divarları, Cıdırdüzü kimi yerlərlə tanışlıq nəzərdə tutulur. Ötən gün isə Gürcüstan nümayəndələri Füzuli və Cəbrayılda olublar.

Read More »

Gürcü psixoloq: “Şuşaya səfərimiz çox önəmlidir”

“Şuşaya bugünkü səfərimiz çox önəmlidir”. Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edən psixoloq və təlimatçı Yekaterina Kipiani bildirib. “Əminəm ki, Azərbaycan xalqı, xüsusən də şuşalılar bu şəhərin geri qaytarılmasına görə xoşbəxtdirlər” – deyən qonaq Şuşada olarkən şəhərdə aparılan irimiqyaslı işlərə şahid olduqlarını da qeyd edib. “Kaş bütün ölkələrin rəhbərləri öz xalqlarının qeydinə …

Read More »