Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc …
Read More »Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanması üçün görüləcək işlər açıqlanıb
“Azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrupun fəaliyyəti başlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib. Onun sözlərinə görə, əsasən, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları hazırlanıb təsdiq olunması prosesi həyata keçirilib: “Həmçinin dövlət başçısının tapşırığına əsasən, digər bir istiqamət …
Read More »Azərbaycanın ilk “Ağıllı kənd”inin inşası başa çatıb
Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası başa çatıb. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib. “Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci “Ağıllı kənd”in inşasına hazırlıq görülür”, – o deyib.
Read More »Qisası alınan “Daşaltı əməliyyatı”ndan 30 il ötür
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür. Boyukmillet.com xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın …
Read More »Qarabağa “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq. Boyukmillet.com-un əldə etdiyi məlumta görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb. Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.
Read More »Bakıdan Şuşaya gedən avtobuslara 400-ə yaxın bilet satılıb
Bu gündən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, fevralın 15-dək sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb. Bakı-Ağdam-Bakı marşturu üzrə isə bilet satışı bir qədər zəifdir. Belə ki, sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eyni sözü Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reysləri haqqında da demək …
Read More »Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır
“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır. Bunu “Report”un sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur. “Bilet satışı …
Read More »Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır
“Ermənistan Azərbaycanla dövlət sərədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib. “Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi …
Read More »Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıb
Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb. Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin …
Read More »Səlcuq Bayraktar: “Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq”
“Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri özünün rəsmi tviter hesabında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşının Azərbaycanın Vətən müharibəsi dövründə “Səlcuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” sözlərinə cavab olaraq bildirib. Səlcuk Bayraktar tvitində utanılacaq şeylərin törədilən soyqırımı və qətliamlar olduğunu ifadə edib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
