Bazar , 11 Yanvar 2026

Qarabağ

Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində …

Read More »

Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

“Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib. “Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, …

Read More »

Politoloq: “Beynəlxalq birlik Ermənistanın təxribatlarını qınamalıdır”

“Beynəlxalq birlik Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamalıdır”. Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib. “Ermənistan regionda dinc qonşuluqla və iqtisadi inkişafla bağlı mövcud beynəlxalq normaları pozur. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar Vaşinqtonun beynəlxalq aləmdəki nüfuzunu itirdiyi, ABŞ cəmiyyətinin çoxşaxəli iqtisadi böhrana düçar olduğu bir vaxta təsadüf edir” – deyən politoloqun fikrincə, ABŞ və …

Read More »

Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anılıb

Daşkəsən və Gəncədə Şuşa döyüşlərində şəhid olan Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi şəhidi, əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun anım günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edilib. Anım mərasimində şəhidin ailə üzvləri, qazilər ictimaiyyət nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad …

Read More »

KTMT: “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir”

“Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib. “KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb”, – o əlavə edib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində …

Read More »

Ekspert: “Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir”

“Ermənistan – Azərbaycan sərhədində törədilən təxribatlar regiondakı sabitliyi pozmaq məqsədi daşıyır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna Q.Plexanov adına Rusiya İqtisad Universitetinin professoru, ekspert Aleksandr Perenciyev bildirib. “Ermənistan Rusiya sülhməramlılarını Azərbaycan hərbçilərilə qarşı-qarşıya gətirməyə çalışır. Bu təxribat açıq-aşkar Rusiya sülhməramlılarına qarşı yönəlib” – deyən ekspert xatırladıb ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədir: “Fikrimcə, bu məsələ ətraflı araşdırılmalıdır. …

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub, cavab tədbirləri görülüb

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan …

Read More »

Putin: “Rusiya üçtərəfəli razılaşmaların ardıcıl yerinə yetirilməsi üçün addımlar atacaq”

“Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib. Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib. “Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi …

Read More »

Ermənistan Qarabağda meyit axtarmağı dayandırdı

Ermənistan Qarabağın döyüş gedən ərazilərində erməni əsgər meyitlərinin axtarışını dayandırıb. Boyukmilket.com xəbər verir ki, axtarışların 18 oktyabrdan dayandırıldığı bildirilsə də, məlumat indi paylaşılıb. Qeyd edilib ki, 14 noyabrdan 18 oktyabra qədər Qarabağın döyüş gedən ərazilərində tapılan erməni əsgər meyitlərinin ümumi sayı 1697-dir. 

Read More »

Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib, atışma davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. “Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq …

Read More »