Qusarın Kuzun kəndindən olan qazi yenə döyüşə hazır vəziyyətdə olduğunu bildirib. “Report”un Şimal bürosu Vətən müharibəsində qazi olaraq Türkiyədə müalicə alan gənclə həmsöhbət olub. 1999-cu ildə Qusar rayonunun Kuzun kəndində anadan olan Elşad Əlmurad oğlu Rəsulov həmin kənddə orta təhsil aldıqdan sonra, həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiya Federasiyasına işləmək üçün getsə də yenidən Vətəndə yaşamağı üstün tutub. …
Read More »Vətən müharibəsində yaralanan qazi vəfat edib
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib. R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir. Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli …
Read More »BMT ali nümayəndəsinin Ağdama səfəri başlayıb
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Füzuli rayonunda erməni barbarlığı ilə tanışlıqdan sonra Ağdam rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, BMT-nin ali nümayəndəsi Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin Baş planı ilə tanış olan Migel Angel …
Read More »Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb
“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”. Boyukmilley.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib. Nazir əlavə edib ki, …
Read More »Zəngilanın Sarılı Xəştab kəndindən videogörüntülər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Sarılı Xəştab kəndindən videogörüntülər paylaşıb. Boyukmillet.com Nazirliyə istinadən görüntüləri təqdim edir.
Read More »Zaxarova: “Minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir”
“Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. “Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, – o əlavə edib. M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 …
Read More »Türkiyə və Azərbaycan istehkamçıları birgə təlimlər keçiriblər
Müdafiə Nazirliyi Cəbrayıl rayonuna mediatur təşkil edib. Boyukmillet.com xəbər verir ki, məqsəd Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis istehkamçılarının işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov jurnalistlərə bildirib ki, media nümayəndələrinə ərazidə daha dəqiq, təhlükəsiz informasiya hazırlamaq və çəkilişlər etmək üçün bütün lazımi tədbirlər görülüb: “Mediatur zamanı jurnalistlərin daha dolğun və ətraflı məlumat əldə …
Read More »Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub – FOTO
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. …
Read More »İlham Əliyev: Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil
Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycan bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı deyib: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin …
Read More »Şuşa bu gün – FOTOLAR
Bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Görüşdən sonra dövlət başçıları hər iki ölkə arasında strateji əhəmiyyət daşıyan sənədlərin imzalanma mərasimində iştirak edəcəklər. Daha sonra isə prezidentlər Şuşanı gəzməyə çıxacaqlar. Boyukmillet.com prezidentlərin görüşünün keçiriləcəyi Şuşa şəhərindən bu gün çəkilmiş fotoları təqdim edir:
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
