Bazar , 19 May 2024

Qarabağ

Suqovuşanda Prezident Kuboku reqatası start götürüb

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb. Boyukmillet.com-un məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və …

Read More »

BQXK I Qarabağ müharibəsində itkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürüb

Ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib. Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib. Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, …

Read More »

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma …

Read More »

İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək. Boyukmillet.com xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb. Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir. Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib. …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. Boyukmilet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib. “Biz buna hazırıq, indi top Ermənistandadır”, …

Read More »

Şuşada beynəlxalq konfrans keçiriləcək

Şuşada beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb. “Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm …

Read More »

Çexiyalı alim və tələbələr Ağdamda olublar

Çexiya Təbiət Elmləri Universitetinin dosenti Dr.Petr Kokaisl və Təbiət Elmləri Universiteti ilə Karlov Universitetinin bir qrup tələbəsi Ağdama səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Qonaqlar İmarət, Şahbulaq qalası, Cümə məscidi və digər dağıdılmış abidələrlə tanış olub.

Read More »

Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb

Alban-Udi xristian icmasının üzvləri Hadrut qəsəbəsində, İoan məbədinin qarşısındakı qədim qəbirlərin ermənilər tərəfindən dağıdılaraq gizlədilən sinə daşlarını tapıblar. Boyukmillet.com xəbər verir ki, icma üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər ediblər. İcma üzvləri səfər zamanı məbədin qarşısında dağıdılmış qədim qəbirlərin üzərində sinə daşlarının olmadığını görüblər. Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari “Report”un …

Read More »

İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib – VİDEO

Azərbaycan Alban-udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsini ziyarət edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Pasxa bayramı ilə bağlı Xocavəndə səfər edən icma nümayəndələri Hadrut qəsəbəsində olub, rayonun Hünərli və Tuğ kəndlərinə gedərək müqəddəs məbədləri ziyarət ediblər. İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib. Qeyd edək ki, Müqəddəs İohann kilsəsi …

Read More »

Deputat: “Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adı verilsin”

“Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adını verilməsi qaldırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı ona müraciətlər edib. Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə Azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin …

Read More »