Bazar ertəsi , 20 May 2024

Qarabağ

Şuşada Xarıbülbül çiçək açmağa başlayıb

Şuşada Xarıbülbül çiçək açmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı feysbukda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi səhifəsində fotolar paylaşılıb. “Əziz Şuşanın simvolu sayılan Xarıbülbül gülü artıq çiçək açmağa başlayıb”, – paylaşımda qeyd edilib.

Read More »

DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürüb. Boyukmillet.com xəbər verir ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Read More »

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edib

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Aprelin 23-dək davam edəcək Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol …

Read More »

Şuşada beynəlxalq konfrans keçiriləcək

Şuşada aprelin 28-də beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. Tədbir BMTM və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək.

Read More »

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolun inşasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2×2,5 (5 m) metr təşkil edəcək. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. …

Read More »

Dünya Azərbaycanlılarının V Qurultayında müzakirə ediləcək məsələlər açıqlanıb

“Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşır. Qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir: “Qurultayın rəsmi açılış …

Read More »

Sabah Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Boyukmillet.com xəbər verir ki, Zəfər qurultayı aprelin 22-23-də keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul …

Read More »

Ərdoğan: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb”

“Biz yaxın ətrafımızda sülh və sabitlik zonasının formalaşmasına töhfə verəcək hər cür normallaşma addımlarını dəstəkləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. “İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb. Bu fürsətin boşa getməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”, – deyə Ərdoğan qeyd edib.

Read More »

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb – VİDEO

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb. Boyukmillet.com xəbər verir ki, mina Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub. Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Heyəti daşıyan avtobus yolunun üzərindəki …

Read More »

Şuşada Zəfər Qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə …

Read More »