Cümə , 3 May 2024

Qarabağ

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

Cəlilabad şəhərində Vətən müharibəsi şəhidi Maarif Səfərovun doğum günündə əziz xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində rayon rəsmiləri, qazilər, şəhidin yaxınları və rayon sakinləri iştirak edib. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin şərəfli həyat yolundan söhbət açılıb. Tədbirdə şəhidin qəhrəmanlığından və …

Read More »

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb

Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: 1. Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları, …

Read More »

Azad olunmuş torpaqlarda beynəlxalq şahmat turniri keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib. Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır. Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün …

Read More »

Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. O, sözügedən şəhərdə Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələrin anadan olduğunu, Şuşanın öz muğam ifaçıları ilə məşhur olduğunu …

Read More »

İsrailin kənd təsərrüfatı naziri: “Qarabağ regionunda əməkdaşlıq üçün yaxşı potensial var”

“Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer mayın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və …

Read More »

Türkiyə işğaldan azad olunan ərazidə iki müəssisə yaradır

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib. Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir: “Türkiyə Azərbaycanla meşəçilik …

Read More »

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq. Boyukmillet.com xəbər verir ki, festival mayın 14-dək davam edəcək. Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, …

Read More »

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib. “Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz …

Read More »

PA rəhbəri: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdiririk”

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı məqaləsində öz əksini tapıb. “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük …

Read More »

Suqovuşanda Prezident Kuboku reqatası start götürüb

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb. Boyukmillet.com-un məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və …

Read More »