Şuşada Qarabağ xanlığı dövrünə aid olan yeni abidə aşkarlanıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Şuşa-270: Arxelogiyası, tarixi, etnoqrafiya və antropologiyası adlı respublika elmi konfransında çıxış edərkən deyib. “Fevralın 5-də məlumat aldıq ki, Şuşa şəhərində otel binası tikilərkən oradan tikinti qalıqları aşkarlanıb. Təcili olaraq ora əməkdaşlarımızı ezamiyyətə göndərdik. …
Read More »ABŞ-dan Xocalı soyqırımını tanımaq tələb olunub
ABŞ-ın Meyn ştatında fəaliyyət göstərən, qabaqcıl təhsil ocaqlarından biri olan Cənubi Meyn Universitetində (University of Southern Maine) keçirilən tədbirdə rəsmi Vaşinqtondan Xocalı soyqırımını tanımaq tələb olunub. Boyukmillet.com xəbər verir ki, ali məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “İnsanlığa qarşı cinayət” mövzusunda təqdimat keçirilib. Təqdimat Cənubi Meyn Universitetində təhsil alan azərbaycanlı Rüstəm Əhmədovun təşəbbüsü və Meyn ştatında fəaliyyət göstərən Azərbaycan …
Read More »Tanınmış səyyahlar qrupunun işğaldan azad edilən ərazilərə səfəri başa çatıb
İyirmi bir ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, səfərin sonuncu günü səyyahlar azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı şəhər” konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar. Dəmir yolu xətti ilə tanışlıq zamanı …
Read More »Qaradağlı faciəsindən 30 il ötür
Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, faciədən 30 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 30 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi …
Read More »Dünyanın 21 ölkəsindən olan tanınmış səyahətçilər Qarabağda səfərdədir
Dünyanın 21 ölkəsindən olan tanınmış səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, üçgünlük səfər çərçivəsində onlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər. Səfər zamanı xarici səyahətçilər bu ərazilərdə yerləşən tarixi və mədəni abidələrlə tanış olacaq, həmçinin ermənilərin işğalı dövründə törədilmiş dağıntıları gözləri ilə görəcəklər.
Read More »QHT-lər UNESCO-nu Ermənistandakı Azərbaycan irsinə qarşı laqeyd olmamağa çağırıblar
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı törədilmiş “mədəni soyqırım”ın araşdırılması xahişi ilə UNESCO-ya müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə məktub UNESCO-nun direktoru Odre Azula ünvanlanıb. “Biz Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi xahişi ilə sizə müraciət edirik. Ümid edirik ki, üzərinə öhdəlik götürmüş Ermənistan UNESCO missiyasının həyata keçirilməsinə mane …
Read More »Şuşanı içməli su ilə təmin edəcək alternativ mənbə müəyyən olunub
Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun 2-ci iclası keçirilib. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Şuşada baş tutmuş iclasda səhmdar cəmiyyərinin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları, mütəxəssislər iştirak edib. Əvvəlcə mədəniyyət paytaxtının içməli su təchizatının bərpası məqsədilə …
Read More »Gəncədə Vətən müharibəsi şəhidinin adına olan küçədə barelyefi açılıb
Vətən müharibəsində şəhid olan Mirhüseyn Seyidzadənin doğum günündə adına olan küçədə barelyefinin açılışı olub Boyukmillet.com xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, qazilər və hərbçi yoldaşları iştirak ediblər. Mərasimdə iştirak edənlər bildiriblər ki, Mirhüseyn Seyidzadə Vətən müharibəsində Laçın, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Misilsiz xidmətləri olan M.Seyidzadə Cəbrayıl rayonu uğrunda gedən …
Read More »Novruz bayramı günlərində Bakıdan Şuşaya avtobus reysləri hər gün olacaq
Vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı – Şuşa – Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, biletlər artıq satışa çıxarılıb. Bundan başqa, nazlik bəyan edib ki, yanvarın 24-dən bəri Şuşa və Ağdama 27 reys həyata keçirilib. Fevral ayı üzrə …
Read More »Malıbəyli və Quşçular qətliamından 30 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Boyukmillet.com xatırladır ki, qətliamın törədilməsindən 30 il ötür. 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib. Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
