Şənbə , 4 May 2024

Qarabağ

Tanınmış səyahətçilər Füzulidə aparılan bərpa işləri ilə tanış olublar

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının 30-dan çox üzvündən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib. Boyukmillet.com xəbər verir ki, qonaqlar Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla tanış olublar. Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Füzuli kənd təsərrüfatının inkişafı üçün əlverişli rayondur. Nümayəndə heyəti Azərbaycan hökumətinin keçmiş məcburi …

Read More »

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş …

Read More »

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik …

Read More »

Prezident Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin …

Read More »

Füzulinin Dədəli və Pirəhmədli kəndlərində görüləcək işlər məlum olub

“Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoyub. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək”. Bunu “Report”un Qarabağa ezam olunmuş əməkdaşına Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. Onun sözlərinə görə, ümumilikdə Dədəli kəndində 1 …

Read More »

“Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib

Mayın 5-də “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, yeni inşa edilən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Bildirilib ki, “Şükürbəyli”, …

Read More »

İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və …

Read More »

Brayza: “ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi müsbət əlamətdir”

“ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi faktının özü çox müsbət əlamətdir”. Boyukmillet.com xəbər verir ki, bunu Report’a beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, ABŞ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında obyektiv vasitəçidir. Vasitəçiliyi bu gün müharibə aparan Rusiyaya və ya …

Read More »

Mayın 12-də “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq

“Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasiminin keçiriləcəyi tarix məlum olub. Boyukmillet.com-un xəbərinə görə, tədbirin rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Read More »

Prezident İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib. Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə …

Read More »