Şənbə , 4 May 2024

Qarabağ

Azərbaycan Qarabağa 7 milyard dollara yaxın pul qoyub

Son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard ABŞ dollarından çox vəsait sərf edib. Boyukmillet.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov mayın 3-də Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində bildirib. O, çıxışında 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunmuş Qarabağ …

Read More »

KİV: “Vaşinqtonun təsiri olmasa, Rusiya və İran Ermənistanla Azərbaycan arasında sülh prosesini pozacaq”

“ABŞ başa düşüb ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran hər zaman bu prosesə maneə törədəcək”. Boyukmillet.com “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran deyib. Müəllif qeyd edir ki, ABŞ-dan başqa …

Read More »

ANAMA: “Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb”

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Vətən müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub

Vətən müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda bildirilib. “2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən …

Read More »

Fuad Hüseynəliyev: “Ermənistan hələ də tam müstəqil dövlətə və söz sahibinə çevrilə bilməyib”

“Müstəqilliyin 30 ili ərzində postsovet ölkələrindən Ermənistan hələ də tam müstəqil dövlətə və öz tərəfdaşları ilə münasibətlərdə söz sahibinə çevrilə bilməyib”. Bunu Baku TV-yə müsahibəsində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib. F.Hüseynəliyev qeyd edib ki, Ermənistan hökuməti hələ də xarici siyasət xəttini dəqiq müəyyən edə bilməyib. Bundan başqa, Ermənistan çoxdan Rusiyanın himayədarlığını başqa ölkəyə dəyişmək imkanlarını axtarırdı, indi isə bu …

Read More »

QHT rəhbəri: “Tərtərdəki mina partlayışı terror hadisəsidir”

“Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib. Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: “Hadisənin detallarını görəndə …

Read More »

Daxili Qoşunların hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər ərazidə xidmətlərini davam etdirirlər.

Read More »

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçid edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, sülhməramlılara məxsus 1 minik və 28 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar …

Read More »

Yüksək əhvali-ruhiyyə: Xankəndi-Laçın yolunda aksiyanın 136-cı günü

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 136 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar …

Read More »

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 134 gündür yüksək fəallıqla davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 134 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb. Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi …

Read More »