Cümə axşamı , 2 Aprel 2026

Region

Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, deputatlığa namizəd saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bir müddətdir terror qruplaşmasının tərkibində fəaliyyət göstərən Ayten Dönmez saxlanılıb. O, Yaşıl Sol Partiyasının Kocelidən deputatlığa namizədidir.

Read More »

Ərdoğan: “Türkiyə yüz illiyində layiq olduğu mövqeyə çatacaq”

“Allah ömür, millətimiz səlahiyyət versə, Türkiyənin yaradılmasının 100-cü ildönümündə layiq olduğumuz mövqeyə çatacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciətində bildirib. Onun sözlərinə görə, əvvəllər bu ölkədə insanların ilk xəyalı bir ev tapmaq idi: “Biz gənclərimizin və bütün insanlarımızın ev xəyalını gerçəyə çevirdik. Türkiyədə 21 il ərzində 10,5 milyon mənzil inşa etdik. Bu gün ev sahibi …

Read More »

Nikol Paşinyan və Şarl Mişel Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib. Tərəflər Cənubi Qafqazdakı mövcud durumu müzakirə ediblər. N.Paşinyan və Ş.Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqların gedişatını müzakirə ediblər. Tərəflər regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd …

Read More »

İranda fəhlələrin tətili genişlənir

İranın Abadan şəhərindəki Neft Emalı Zavodu fəhlələrinin 4 gündür başladığı tətilə başqa şəhərlərdən də işçilər qoşulur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın İraqda fəaliyyət göstərən “Niru-ye-Şaql” müəssisəsinin işçiləri həmkarlar təşkilatının çağırışı ilə əməkhaqlarının artırılması tələbi ilə aprelin 25-dən tətilə başlayıb. İraqın neft və qaz layihələrində fəaliyyət göstərən İranın podratçı şirkətlərinin fəhlələri …

Read More »

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib

İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib. Boyukmillet.com xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Bilström yerli “SVT Nyheter” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya diplomatları statuslarına uyğun fəaliyyət göstərməyib: “Diplomatlar kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar”. T.Bilström deyib ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Xarici İşlər Nazirliyinə çağırılıb və ondan 5 diplomatın fəaliyyətinin Vyana Konvensiyasına uyğun gəlmədiyi …

Read More »

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 1 786 min nəfərə cinayət işi açılıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.Qeyd olunub ki, 143 şəxs barədə 118 cinayət işi məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.Məlumata görə, 756 nəfər fərarilikdə ittiham olunur.Onlar İkinci Qarabağ müharibəsi zamanı hərbi …

Read More »

Türkiyə polisi 21 şəhərdə antiterror əməliyyatı keçirib, 110 nəfər saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 21 şəhərində antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, Diyarbəkir mərkəzli əməliyyat Bursa, Siirt, Mardin, Gaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara ve Adıyaman şəhərlərini əhatə edib. Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatına maliyyə yardımı göstərən, gəncləri təşkilatlara cəlb edən 110 nəfər şübhəli şəxs saxlanılıb. Əməliyyat davam …

Read More »

Özbəkistana yeni xarici işlər naziri təyin edilib

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib. Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini …

Read More »

AŞ-nin komissarı erməni deputata cavab verib: “Missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil”

“Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç qurumun yaz sessiyası zamanı Ermənistandan olan deputatın Qarabağa niyə getməməyi ilə bağlı ittihamına cavab olaraq deyib. “Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil. Mənim işim insan hüquqları pozulduğu zamanı problemlərin həllini tapmaqdır. Mənim vəzifəm itkin düşənlərin, münaqişələr …

Read More »

Çavuşoğlu Baydenə cavab verib: “Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına cavab verib. Boyukmillet.com xəbər verir ki, bunu Çavuşoğlu tviterdə yazıb. O bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb: “Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, – o deyib. Qeyd edək ki, Bayden daha əvvəl 1915-ci il hadisələrini “soyqırımı” …

Read More »