Erməni hərbçi, ilkin məlumatlara görə, öz xidməti silahından açılan atəşlə yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti sabit olaraq qiymətləndirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Read More »Rusiya və Ermənistan XİN başçıları regional məsələləri müzakirə ediblər
Özbəkistanın paytaxtı Səmərqənddə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası çərçivəsində bir araya gəliblər. Onlar regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Read More »Qərb ölkələrinin liderləri Nikol Paşinyana xəbərdarlıq edib
Ermənistanda Rusiyanın reytinqi aşağı düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanda dərc olunan “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Məlumata görə, Rusiyanın İrəvandakı səfirliyi bu yaxınlarda Ermənistanda ictimai rəy sorğusu keçirib və biabırçı nəticələr əldə olunub. Məlum olub ki, 2018-ci ildə baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistan vətəndaşlarının 70 faizdən çoxu strateji tərəfdaş kimi Rusiyaya müsbət münasibət bəsləyirdisə, …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı artıb
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölənlərin sayı 50 500 nəfərə çatıb. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 …
Read More »Süleyman Soylu: “Türkiyənin zəlzələ bölgəsində səsvermənin təhlükəsiz, obyektiv keçirilməsinə çalışacağıq”
“Türkiyənin zəlzələ bölgəsində səsvermənin təhlükəsiz, obyektiv keçirilməsinə çalışacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Kahramanmaraşda işlər davam edir, Türkiyə hökumətinin müvafiq qurumları fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışır: “Səhiyyə Nazirliyi də işlərini davam etdirir. Çalışırıq ki, həm çadırlarla, həm də konteynerlərdə gigiyena təmin olunsun. …
Read More »Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır
Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına uğrayıb. Boyukmillet.com xəbər verir ki, türkiyəli siyasətçinin vəziyyəti ağırdır. Bakı vaxtı ilə 22:00 radələrində buzlu yol səbəbindən avtomobilin sürüşərək kənara çıxması nəticəsində deputatla yanaşı adı məlum olmayan partiya üzvü və sürücü yaralanıb.
Read More »Ankara Dəməşqlə birbaşa danışıqlar üçün qoşunların çıxarılmasını qəbul etməyəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin başçısı “HaberTürk”ə müsahibəsində danışıb. “Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ çox iş görülməlidir və biz heç bir ilkin şərti qəbul etməyəcəyik. Danışıqlar üçün qoşunlarımızın …
Read More »Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər. Boyukmillet.com xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb. Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. …
Read More »ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı Ermənistana xəbərdarlıq edib
ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, söhbət Rusiya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin ABŞ-ın …
Read More »Ermənistanın XİN rəhbəri: “Yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyəm”
“Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. “Birbaşa təmasların dayandırılmasına baxmayaraq, danışıqlar prosesi heç vaxt dayanmayıb. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar”, – nazir bildirib. A.Mirzoyan, həmçinin yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar