Cümə axşamı , 19 Fevral 2026

Region

Rusiya hərbçiləri Donetski atəşə tutub, 1 mülki şəxs ölüb, 8-i yaralanıb

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb. Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-də Donetski atəşə tutmuşdu. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın …

Read More »

Türkiyədə İŞİD və Əl-Qaidəyə qarşı əməliyyat keçirilib, 15 xarici vətəndaş saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı əməliyyat keçirib. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Əməliyyat nəticəsində 15 xarici vətəndaş saxlanılıb. Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirmişdi.

Read More »

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir. Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb. Tərəflər çoxşaxəli əməkdaşlığın …

Read More »

Avstriya Rusiyanın nümayəndə heyətinə viza verməyib

Avstriya Rusiya nümayəndə heyətinə BMT-nin Vyanada keçirilən xüsusi komissiyasının sessiyasında iştirak etmək üçün viza verməyib. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiya KİV yayıb. Məlumata görə, Rusiya Avstriyanın bu addımını “siyasi təzyiq aktı” adlandırıb.

Read More »

Nazir: “Bu gün dünyanın Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana ehtiyacı var”

“Bu gün dünyanın Türkiyəyə, Prezident Rəcəb Tayyib Ərdoğana ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib. Onun sözlərinə görə, hazırda Türkiyənin əsas qida məhsualları ilə bağlı çətinliyi yoxdur: “Ümumiyyətlə, Türkiyənin istehsalı təkcə özü üçün deyil. Bizim qida məhsullarımızdan həm də başqa ölkələr istifadə edir. Yeri gəlmişkən deyim ki, Ukraynadakı “Taxıl dəhlizi” təkcə …

Read More »

Ukrayna müdafiə naziri Rusiyaya xəbərdarlıq edib

“Ukrayna Qara dənizdə yeni hücuma hazırlaşır”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi brifinqdə deyib. O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”. Qeyd edək ki, ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” …

Read More »

Türkiyə və Səudiyyə Ərəbistanı uzun illərdən sonra ilk siyasi məsləhətləşmələr keçirib

Ər-Riyadda Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirlikləri arasında uzun illər ərzində siyasi məsləhətləşmələrin ilk raundu keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” xəbər agentliyi məlumat yayıb. Türkiyənin Səudiyyə Ərəbistanı, Yəmən və Küveytlə siyasi məsləhətləşmələr aparacağı bildirilib. Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Krallığın xarici işlər nazirinin müavini Valid Əl-Hereycinin dəvəti ilə aprelin 10-da Ər-Riyada səfər …

Read More »

ATƏT sədrinin Gürcüstana səfəri başlayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə yazıb. “Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, – deyə B.Osmani qeyd edib. O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində …

Read More »

Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Read More »

Süleyman Soylu: “Kimsə Türkiyənin böyüməsinə və inkişafına mane ola bilməyəcək”

“Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu polisin yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. O vurğulayıb ki, Türkiyə polisi terror və narkotiklə mübarizədən tutmuş sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər öz işinin öhdəsindən layiqincə gəlir. S.Soylu fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini …

Read More »