“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib. “Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, – o vurğulayıb. M.Zaxarova bu məsələnin qarşılıqlı …
Read More »ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb
Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, imzalanma mərasimindən öncə komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə Komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin …
Read More »Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Qeyd olunub ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər. …
Read More »İranda müəssisədə baş verən partlayışda 3 nəfər ölüb
İranın şimalındakı Mazandaran əyalətindəki müəssisədə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, qəza Babol şəhərinin şərq hissəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb müəssisədə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Partlayış nəticəsində yanğın olub və o, müəssisənin ərazisinin təxminən yarısını məhv …
Read More »Belarus Rusiyanın ölkə ərazisində nüvə silahı yerləşdirmək planına münasibət bildirib
Belarus Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsi ilə bağlı planına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Belarus XİN vurğulayıb ki, nüvə başlıqlarının nəzarəti rəsmi Minskə vermədən respublika ərazisində yerləşdirilməsi Nüvə Silahının Yayılmaması Müqaviləsinə zidd deyil: “Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab …
Read More »Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib
NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı …
Read More »İstanbulda yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, hadisə Silivri rayonunda qeydə alınıb. Yük avtomobili hərəkətdə olan iki minik maşını ilə toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.
Read More »Türkiyədə tarixi seçkilər: 4 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib, imzatoplama bu gün bitir
Türkiyədə prezidentliyə namizəd olmaq üçün imzatoplama kampaniyası bu gün, martın 27-də yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatır. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Yüksək Seçim Qurumundan (YSK) bildirilib. İndiyədək dörd siyasətçinin prezidentliyə namizədliyi təsdiqlənib. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və altı müxalifət …
Read More »Estoniya XİN başçısı: “Rusiyanın nüvə terroruna təslim olmamalıyıq”
“Nüvə terroruna təslim olmamalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib. O bildirib ki, Rusiya Qərbə təsir göstərmək üçün nüvə təhdidlərindən fəal istifadə edir: “Kremldə oturanlar düşünürlər ki, bu, Qərbə təsir etmək üçün yeganə mexanizmdir. Rusiya psixoloji təsir vasitələrindən istifadə edir”. Nazirin fikrincə, indiki nüvə müharibəsi təhdidi Soyuq müharibə dövründəkindən daha təhlükəlidir. U.Reynsalu, həmçinin söyləyib …
Read More »Türkiyədə zəlzələlərin sənayeyə dəymiş ziyanının məbləği açıqlanıb
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələlərin ölkənin sənaye müəssisələrinə 9 milyard dollar, yəni 170 milyard türk lirəsi dəyərində ziyan vurduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tvitter hesabında bildirilib. Nazir bildirib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar