“Ermənistanın indiki hakimiyyətinin gücü onun həyasızlığındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Baş nazir Nikol Paşinyanın özündən əvvəlki hakimiyyətin ölkəni müdafiə etmək üçün kifayət qədər silah-sursat almaması barədə ittihamına cavab olaraq deyib. “Əlbəttə, bu, açıq-aşkar yalandır və deməliyəm ki, Ermənistanın indiki hakimiyyətinin gücü onun həyasızlığındadır. Onlar başqasının gözünün içinə baxa və utanmadan yalan danışa bilərlər. Məncə, onlar …
Read More »Türkiyənin daxili işlər nazirinin səhhətində problemlər var
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun səhhətində problemlər yaranıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, bir müddətdir bel ağrılarından əziyyət çəkən nazirin ağrıları daha da artıb. S.Soylunun yaxın günlərdə əməliyyat olunacağı və bir müddət istirahət edəcəyi bildirilib.
Read More »Kahramanmaraşda zəlzələ olub
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,7 maqnitudalı zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 7,34 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 04:39-da qeydə alınıb.
Read More »Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb
“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com xəbər verir ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyasında birləşib. Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədridir. Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın …
Read More »Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”
“İran rejiminə son zərbəni Təbriz vuracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib. Onun sözlərinə görə, İranın Azərbaycana qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqla qarşılaşıb. S.Yusifi İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib: “İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycanla Ermənistan arasında olan …
Read More »KİV: “SEPAH-ın bir qrup hərbçisi Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”
“Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Iran International” 44 səhifəlik gizli sənədə əsasən məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış. Hədəflərdən biri isə …
Read More »Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı
Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapıb. Boyukmillet.com “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi M.Q. martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb. Bununla da Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə öz yaydığı məlumatı təkzib edib. Xatırladaq ki, martın 21-də …
Read More »İran vətəndaşlarının Ermənistana axını azalıb
İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib. “Səbəb İranda inflyasiyanın olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur. ”, – Apresyan bildirib. …
Read More »Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib
Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak üçün 11 namizədin müraciətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. Seçkilərdə iştirak üçün siyasətçilər daha əvvəl müraciət etmişdilər. Komissiya onları yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri …
Read More »Ərdoğan: “İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımalarıdır”
“İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımaları və torpaqlarını əli qanlı terrorçulardan təmizləmələridir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Mərasimdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilikı naziri Vahit Kirişçi, ticarət naziri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar