Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan “Lenta.ru“ya müsahibəsində bəyan edib. Çağrı Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir: “Bunu …
Read More »Türkiyə XİN PKK tərəfdarlarının Avropa Parlamentində mitinq keçirməsinə icazə verilməsini pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi Avropa hakimiyyətinin PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verməsini pisləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. “PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq. Avrop İttifaqının siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir”-deyə, məlumatda vurğulanıb. Qeyd olunub …
Read More »Gürcüstan müxalifəti yeni etiraz aksiyasına hazırlaşır
Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib. Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər. “Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri …
Read More »Tbilisidə xüsusi təyinatlılar mitinqi dağıtmağa başlayıb
Xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyir. Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Bundan əvvəl etirazçılara dağılışmaq üçün müraciət edilib. Daha sonra təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini …
Read More »Tbilisidə aksiyaçılar Ombudsmana yumurta atıblar, o, mitinqi tərk etməli olub
Gürcüstanın paytaxtı Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə saat əvvəl parlament tərəfindən bu vəzifəyə təsdiq edilmiş yeni Ombudsman Levan İoselaianiyə yumurta atıblar. Bu barədə Boyukmillet.com Gürcüstan İctimai Yayımının Birinci Kanalına istinadən xəbər verir. TV-nin məlumatına görə, mitinqə vəziyyətlə tanış olmaq üçün gələn İoselianiyə su sıçradıblar və “Rusiyanın xidmətçisi” adlandırıblar. O, polisin müşayiəti ilə mitinqi …
Read More »Tbilisidə parlamentin yaxınlığında etirazçılar metal hasarı uçurublar
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında Rustaveli prospektindən qanunverici orqanın yaxınlığında quraşdırılmış metal hasarı söküblər. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, aksiyaçılar xüsusi təyinatlıların səfərbər olunduğu parlamentin mərkəzi dəmir qapılarına çatıblar. KİV-in məlumatına görə, polis etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə etməkdə davam edir. Amma buna baxmayaraq etirazçılar meydanı tərk etmirlər.
Read More »ABŞ Dövlət Departamenti etirazçı iranlı qadınları “Cəsarətli Qadın” Mükafatına layiq görüb
ABŞ Dövlət Departamenti 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar dünyanın müxtəlif yerlərindən olan bir sıra qadınlara, o cümlədən İranda keçirilən etiraz aksiyalarında iştirak etmiş zərif cinsin nümayəndələrinə “Cəsarətli Qadın” Beynəlxalq Mükafatını təqdim edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Amerikanın səsi“ radiosunun farsca redaksiyası yayıb. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya əsasən, fəxri mükafat kollektiv şəkildə iranlı etirazçı qadın …
Read More »Türkiyədə “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi müəyyənləşib
Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq. Boyukmillet.com xəbər verir ki, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası Millət koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə namizədini açıqlayıb. Saat 14.00-da başlaması planlaşdırılan “Millət” koalisiyasının liderlərinin toplantısı Meral Akşenerin …
Read More »AEBA rəhbəri: “Zaporojye AES-də vəziyyət gərgindir, təcili təhlükəsizlik zonası yaradılmalıdır”
Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət gərgindir. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib. O bildirib ki, ərazidə təcili olaraq təhlükəsizlik zonası yaradılmalıdır.
Read More »İranın Xuzistan əyalətində 6 nəfər barəsində ölüm hökmü çıxarılıb
İranın Xuzistan əyalətinin Əhvaz şəhər Məhkəməsi “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü – Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobishavi və Salim Musəvi barədə ölüm hökmü çıxarıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, onlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham olunur. Məlumata görə, Əli Mojdam və Məhəmməd Rza …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar