Cümə , 27 Sentyabr 2024

Region

Ermənistanda baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

Avqustun 14-də Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, partlayışla bağlı saxlanılanlardan biri ticarət mərkəzinin direktor müavini, digəri isə partlayışın baş verdiyi ərazinin icarəçisidir. Portal hadisə ilə əlaqədar daha iki nəfərin saxlanılması haqqında məlumatı da dəqiqləşdirməyə müvəffəq olub. Qeyd edilir ki, həmin şəxslər partlayışa səbəb olan pirotexniki vasitələrin saxlanıldığı …

Read More »

Hulusi Akar: “Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir”

“Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Türkiyənin Suriyanın şimalında hansı addımların atılması istiqamətində həm Rusiya, həm də ABŞ-la razılığı var: “Bu anlaşmaya əsasən ərazi terrorçulardan təmizlənməlidir. Tərəfdaşlarımızın da öhdəliklərinə düşəni icra etmələrini gözləyirik. Biz lazım olanı edəcəyik. Regionumuzda terrorçular üçün gələcək yoxdur. Biz bu …

Read More »

Türkiyəli nazir: “Ukraynadan 800 tona yaxın taxıl ixrac olunub”

“Bu günədək Ukraynadan 800 tona yaxın taxıl ixrac olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, “taxıl dəhlizi” ilə bağlı anlaşmanın icrası problemsiz davam edir: “Artıq 800 tona yaxın taxılın ixracı başa çatıb. Hava şəraiti ilə əlaqədər gecikmələr ola bilər. Amma proses davam edir. Həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslarımız davam …

Read More »

Ukraynanın Qorlovka şəhərində partlayış olub

Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub. Boyukmillet.com xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb. Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb. Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Read More »

Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb

Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb. Boyukmillet.com xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub. Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında …

Read More »

Türkiyədə sərnişin avtobusu aşıb, 28 nəfər yaralanıb

Türkiyənin cənubunda Pamukkale vilayətində Antalya şəhərindən İstanbul şəhərinə gedən şəhərlərarası sərnişin avtobusu aşıb. Bu barədə Boyukmillet.com “NTV” kanalına istinadən xəbər verir. Qeyd olunub ki, avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində azı 28 nəfər yaralanıb. Qəza yerinə təcili yardım avtomobilləri cəlb edilib, sərnişinlərdən bəziləri xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Read More »

Rusiya Hökumətinin sədri: “Azərbaycanla ikitərəfli əlaqələr inkişaf edir”

“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib. Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb. “Önəmli olan odur ki, ötən il ticarət …

Read More »

BMT-nin Baş katibi İranın XİN rəhbərilə nüvə sazişinin bərpasını müzakirə edib

BMT-nin Baş katibi Antoniu Quterreşlə İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tərəflər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən bərpası yollarını müzakirə ediblər: “BMT Baş katibinin mövqeyi ondan ibarətdir ki, bütün tərəflər sazişin …

Read More »

İbrahim Tatlısəs yol qəzasına düşüb

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb. Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirilir.

Read More »

Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. Putinlə Paşinyan Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün …

Read More »