“Moldovaya hücumlar hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə bəzi dövlət binalarına hücum edilməsi, girov götürülməsi üzrə hərbi təlim keçmiş diversantların iştirakı hücum planı nəzərdə tutulub. Prezident bildirib ki, qondarma müxalifət Kişineuda hakimiyyəti dəyişmək istəyir. O, parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb: “Bu, informasiya və təhlükəsizlik xidmətinə, prokurorluğa ölkənin …
Read More »İsveçrəli seysmoloq: 100 ildən çoxdur ki regionda belə böyük zəlzələ olmayıb
İsveçrənin Seysmologiya Xidmətinin direktoru Stefan Vaymer, İsveçrənin alman dilində yayımlanan dövlət televiziyası SRF-ə verdiyi müsahibəsində mərkəzi Kahramanmaraş olan 10 vilayətdə 7.7 və 7.6 bal gücündə baş verən zəlzələlərlə bağlı danışıb. Vaymer, Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı açıqlamasında “Belə böyük zəlzələ həqiqətən nadirdir. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı.” – deyib. Türkiyə ilə Suriyanın sərhəd …
Read More »Ərdoğanın sözçüsü: “Zəlzələ bölgəsində 218 406 nəfərlik heyət fəaliyyət göstərir”
Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdəki hesabında yazıb. “Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik”, – Kalın yazıb. İbrahim Kalın …
Read More »Qətər əmiri Türkiyəyə yola düşüb
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunacaq.
Read More »Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib
Bu yaxınlarda Türkiyənin Adana şəhərinə gedən və fevralın 6-da baş verən zəlzələ zamanı fəlakətə məruz qalan Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib. Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanın Kültür və Həmrəylik Dərnəyi ilə əlaqə saxlayıb. Dərnək onun yaşayış yeri və digər ehtiyaclarını qarşılayıb. R.Rüstəmov Akasya Tələbə Yataqxanasında məskunlaşıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 …
Read More »Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və …
Read More »Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Read More »BMT-nin rezident əlaqələndiricisi Türkiyə səfirliyində matəm kitabına ürək sözlərini yazıb
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Türkiyənin Bakıdakı səfirliyində matəm kitabına ürək sözlərini yazıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində bildirib. “BMT-nin Azərbaycandakı ofisi adından Türkiyə səfirliyində matəm kitabına ürək sözlərimi yazdım. Qəlbimiz çətin durumda olan Türkiyə xalqı ilə döyünür. BMT yardım səylərini dəstəkləməyə tam sadiqdir”, – paylaşımda deyilir.
Read More »Türkiyədə 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ çıxarılıb – VİDEO
Türkiyənin Diyarbakır şəhərində 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ xilas edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRThaber” yayıb. Məlumata görə, Hatayda dağıntılar altından bir qadın da sağ çıxarılıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ …
Read More »Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
