Çərşənbə axşamı , 9 Dekabr 2025

Region

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb. Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Read More »

Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq

“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report-un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib. Həmran Əmirli deyib ki, 25-dək tələbə hazırda universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumlikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil …

Read More »

Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də xilasetmə qrupları göndərib. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qruplarının göndərilməsi davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi ötən gün gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına …

Read More »

Türkiyədə zəlzələ qurbanlarının sayı 3 000 nəfərə çatır – YENİLƏNİB-14

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib. O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı …

Read More »

Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edilib 

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib. “Report”un Ankara Bürosuna bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib. Məlumata görə, ana və qızının səhhəti normaldır: “Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”. Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya …

Read More »

Türkiyədə zəlzələ qurbanlarının sayı 1 762 nəfərə çatıb, 12 mindən çox yaralı var – YENİLƏNİB

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb.  Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Read More »

SON DƏQİQƏ: Türkiyədə 7 günlük ümummilli matəm elan edildi – Ərdoğan qərar İMZALADI

Türkiyədə ölkənin cənubunda baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanlar üçün 7 günlük ümummilli matəm elan edilib. Boyukmillet.com bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. “Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyədə 7 günlük matəm elan olunub”, – Türkiyə lideri bildirib. Onun sözlərinə görə, matəm elan olunması ilə əlaqədar olaraq, bütün Türkiyə ərazisində və ölkənin xaricdəki nümayəndəliklərində dövlət …

Read More »

Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib

Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib. Boyukmillet.com xəbər verir ki, xilasetmə işlərində 3 min 500 personal iştirak edir. Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunları komandanı, ordu generalı Musa Avseverlə Hatayda zəlzələ bölgəsində işlərini davam etdirir. “A400m” təyyarəsi də daxil olmaqla 17 hava layneri İstanbul, İzmir və Ankaradan Qaziantep və Adanaya davamlı olaraq yardım …

Read More »

İskəndərun limanında zəlzələdən sonra yanğın başlayıb

Türkiyənin İsgəndərun limanında zəlzələdən sonra güclü yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılır. İskəndərun Türkiyənin ən böyük limanlarından biridir. Dəniz İşləri Baş İdarəsinin statistik məlumatlarına görə, 2022-ci ildə limanın ümumi yük dövriyyəsi 67,6 milyon ton yük təşkil edib.

Read More »

Rusiya və Türkiyə XİN rəhbərləri telefonla danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb. S.Lavrov güclü zəlzələ nəticəsində çoxsaylı insan ölümü və böyük dağıntılarla bağlı Türkiyəyə başsağlığı verib: “Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramın davamı olaraq, nazir Rusiyanın dərhal lazımi yardımı göstərməyə hazır …

Read More »