Bazar , 19 May 2024

Region

Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, Xarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər. “Saat 13:30 …

Read More »

İraqın şimalında Türkiyə hərbçisi şəhid olub

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli …

Read More »

Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb

Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib. Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək. Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib: …

Read More »

İstanbul turizmdə rekord vurdu – FOTO

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb. 2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 …

Read More »

Türkiyədə batan karqo gəmisi tapılıb

Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb. Axtarış-xilasetmə tədbirləri davam edir. Gəmidəki insanlar barədə hələ ki məlumat yoxdur. Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.

Read More »

Ermənistanda külli miqdarda saxta dollar satan cinayətkar qrup aşkarlanıb

Ermənistanda külli miqdarda saxta valyuta alveri ilə məşğul olan cinayətkar qrup aşkarlanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İstintaq Komitəsi xəbər yayıb. Komitənin Dərələyəz mahalı (dəyişdirilmiş adı “Vayots dzor”) üzrə istintaq idarəsində polislə birgə aparılan istintaq zamanı satış məqsədi ilə külli miqdarda saxta valyutanın əldə edilməsi, saxlanması və daşınması faktı aşkarlanıb. Məlum olub ki, İrəvan sakini satmaq məqsədi ilə digər paytaxt …

Read More »

Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb

Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb. “İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər …

Read More »

Türkiyə və Gürcüstan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib. “Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, – o söyləyib.

Read More »

Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, …

Read More »

Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib. Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər: …

Read More »